Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Deputatın oğlunu ittiham edən şəxs haqqında veteranlardan dələduzluq İTTİHAMI

Tarix: 11-02-2016 17:48   
Deputatın oğlunu ittiham edən şəxs haqqında veteranlardan dələduzluq İTTİHAMI
Əfqanıstan müharibəsində iştirak etmiş bir qrup döyüşçü Modern.az saytının redaksiyasına müraciət göndərib. Onlar müraciətdə yazıblar ki, Fərman Məmmədov adında şəxs deputat Elmira Axundova və ailəsinə qarşı çirkin kampaniya aparır. “Cəmiyyətə Elmira xanımın adı və onun xidmətləri yaxşı bəllidir, lakin insanlar Fərman Məmmədovun kimliyini və mənəvi simasını tanımırlar. Buna görə də özümüzə borc bilirik ki, bu məktubu sizə təqdim edək və redaksiyadan onun ictimailləşdirilməsini xahiş edirik”.
“Ədalət” Beynəlimiləlçi Döyüşçülər Şurası ədliyyə naziri Fikrət Məmmədova ərizə ilə müraciət edib. Müraciətdə bildirilir ki, “Ədalət” Beynəlimiləlçi Döyüşçülər Şurasının keçmiş sədri Məmmədov Fərman Xeyrulla oğlu 5 il müddətində Şuranın sədri olub və Nizmnaməyə əsasən onun səlahiyyət müddəti bitib. Şura üzvləri Nizamnamə və Fərman Məmmədovun sədrliyi dövründəki qanunsuz, özbaşınalıq əməllərini nəzərə alaraq, onu Şuranın sədrliyi vəzifəsindən kənarlaşdıraraq, birliyə yeni İdarə Heyəti seçib. Eyni zamanda “Ədalət” Beynəlimiləlçi Döyüşçülər Şurasının adı dəyişdirilirək, “Beynəlmiləlçi Döyüşçülər” İctimai Birliyi adlandırılıb.

Qurum üzvlərinin ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı ərizədə deyilir:
““Beynəlmiləlçi Döyüşçülər” İctimai Birliyi keçirdiyi III Ümumi yığıncağın rəsmi sənədlərini dövlət qeydiyyatına alınması üçün 31.01.2002-ci il tarixdə Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin qeydiyyat idarəsinə təqdim edib. Amma təəssüflər olsun ki, bizə məlum olmayan səbəbdən bu vaxta kimi İctimai Birliyin sənədlərindən, hüquqi vəziyyətindən, balansında olan əmlaklardan xəbərimiz yoxdur.
Keçmiş “Ədalət” Beynəlimiləlçi Döyüşçülər Şurasının sabiq sədri Fərman Məmmədov təşkilatın sənədlərini, möhürünü, onun balansında olan qərargahı, əmlakı mənimsəyərək, yenə qanunsuz fəaliyyət göstərir.
1991-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Xalçaçılıq Muzeyinin arxasında, Zərifə Əliyeva küçəsi 19-da yerləşən binada 270 kv.m qeyri-yaşayış sahəsi təşkilata verilib. Həmin qeyri-yaşayış sahəsini Fərman Məmmədov qanunsuz olaraq öz adına keçirirək, aylıq 15-20 min manat müqabilində icarəyə verib. Bundan əlavə, vaxtı ilə Əfqanıstan döyüşçülərinin, əlillərinin və Əfqanıstan müharibəsində həlak olmuşların ailələrinin maddi vəziyyətinin yaxşılaşdırmaq məqsədilə dövlət tərəfindən Qaradağ rayonunun ərazisində “Ədalət” Beynəlmiləlçi Döyüşçülər Şurasına ayrılmış 2 ədəd daş karxanasını və texniki avadanlıqlarını 300 min manata kənar şəxslərə satıb. Bundan əlavə, Birliyin balansında olan 12-ə yaxın müəssisə, Qəbələ rayonu ərzisində 2 hektar torpaq sahəsi olub. Bu gün Əfqanıstan müharibə əlillərinin əksəriyyətinin dərman almaq və müalicə üçün 100 manat pula ehtiyacları olduğu halda, Fərman Məmmədov müharibə əlillərinin və şəhid ailələrinin qanları bahasına əldə olunmuş 550 min vəsaiti şəxsi vəsaiti kimi ayrı-ayrı vətəndaşlara faizə verərək, külli miqdarda pul qazanmaqla məşğuldur. Son 13 il ərzində Fərman Məmmədov müharibə əlillərinin və şəhid ailələrinin qanları bahasına qazandığı vəsaitdən 1 nəfər də olsun əlil və şəhid ailəsinə köməklik göstərməyib. Fərman Məmmədovun əməlləri cinayət xarakterlidir və heç bir insanlığa sığmayan hərəkətdir.
Hal-hazırda Fərman Məmmədovun idarə etdiyi avtomobil 10 AN 888 qeydiyyat nömrəsini daşıyır. Halbuki, bu nömrə belə, Birliyə verilən dövlət qeydiyyat nömrəsidir və Birliyin balansında olan QAZ 24 markalı avtomobilin üzərində olub.
Biz müharibə veteranları Sizdən xahiş edirik ki, “Beynəlimiləlçi Döyüşçülər” İctimai Birliyinin keçirdiyi III Ümumi yığıncağında qəbul olunan qərarlar, təsdiq edilən sənədlər QHT-lər haqqında qanuna müvafiq olaraq dövlət qeydiyyatına alınsın və Fərman Məmmədovun Ədliyyə Nazirliyinə təqdim etdiyi sənədlər araşdırılaraq, onun əməllərinə hüquqi qiymət verilsin.
Sizdən xahiş edirik təşkilatın möhürünün, balansında olan bütün əmlakın Birliyin balansına qaytarılması üçün müvafiq tədbirlər görəsiniz”.