Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Sumqayıt sakinləri də narahatdır; Növbəti faciəyə görə - FOTOLAR

Tarix: 20-05-2015 17:02   
Sumqayıt sakinləri də narahatdır; Növbəti faciəyə görə - FOTOLAR
"Görəsən, daha neçə bina yanmalı və insan ölməlidir ki, bizim məmurlar insan həyatının mahiyyətini və dəyərini anlasınlar?!".

Bu fikirləri Sumqayıt şəhər, 36-cı məhəəllə sakini dilə gətirib. O bildirib ki, həqiqətən olduqca dəhşətli bir hal ilə üz-üzədirlər: "Ailəmizi dolandırmaq üçün uşaqlarımızı və yaşlılarımızı evdə qoyaraq iş dalınca gedirik. Evlərimiz isə evdəki əzizlərimiz ilə birlikdə təhlükədədir.
Bu gün bu olayların həqiqi günahkarları və səbəbkarları günahkar “fokus”undan kənarda qalıblar. Həbs olunanlar isə bu işin sadəcə aşaöı ranqlı icraçılarıdır. Bu layihələri təklif edən, hazırlayan və nəhayət bu layihələri təsdiqləyən aidiyyatı qurumlar var. Onlar xalq qarşısında hesabat verməlidilər.
Bu barədə dəfələrlə yazılıb və sosial şəbəkələrdə müzakirələr aparılıb. Lakin biz jurnalistlər bu məsələni lazımı səviyyədə işıqlandıra bilməmişik və bir birimizə dəstək olmamışıq.
Sumqayıtda 36-cı məhəllənin Sülh küçəsində və Bakı küçəsində şəhərə gələn qonaqlar və ölkə başçısına gözəl görsənsin deyə üzlüklənən binalar insanlar üçün tək yanğın təklükəsi deyil. Fasadlanan binaların yalnız şəhərə gələn qonaqlar üçün görsənən hissələri fasadlanır. Həm də yaşayış üçün sağlamlığımızın təhlükəsidir.
Təsəvvür edin ki, binanı elə layihələndirdilər ki, binanın 1-ci mərtəbəsində olanlar mənzillərini sataraq köçmək məcburiyyətində qaldılar. Binanın 2-ci mərtəbəsində mətbəxdə hazırlanan yeməyin iyi bina ilə üzlük arasında məsafə olduğundan bütün mənzillərə yayılır. Vətəndaşların 120 sm-lik eyvanları sökülərək eni 40 sm-dək kiçildilir və eyvanların hündürlüyü isə azyaşlı uşaqlar üçün potensial təhlükədir. Sumqayıtda sözügedən binaların birində gözəl görsənsin deyə illər ilə mövcud olan mozaikanı sadəcə pəncərələr ilə əvəz etdilər.
Ən acınacaqlısı isə odur ki, bu nöqsanlar və narahatçılıqlar barədə şəhər İcra Hakimiyyəti orqanına və müvafiq orqanlara ünvanlanan vətəndaş şikayətləri baxımsız olaraq qalır".

Sumqayıt sakinləri də narahatdır; Növbəti faciəyə görə - FOTOLAR

Sumqayıt sakinləri də narahatdır; Növbəti faciəyə görə - FOTOLAR

Sumqayıt sakinləri də narahatdır; Növbəti faciəyə görə - FOTOLAR

Sumqayıt sakinləri də narahatdır; Növbəti faciəyə görə - FOTOLAR