Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Aslan Aslanovu kimlər və niyə "vurur"?

Tarix: 18-02-2015 16:21   
Aslan Aslanovu kimlər və niyə "vurur"?
Şəmkir Rayonİcra Hakimiyyətinin keçmiş başçısı, kənd təsərrüfatı nazirinin sabiq müavini Aslan Aslanovun oğlu Ruslan Aslanovu, nişanlısı Vüqar Əliyevlə birlikdəqətlə yetirən və bir müddət öncə həbsxanada ana olan Lamiyə Quliyevanın məsələsi hələ də gündəmi zəbt etməkdədir. Aydın şəkildə görünür ki, hansısa maraqlı qüvvələr bu mövzunu şişirtməklə Aslan Aslanovu gözdən salmağa, onun barəsində mənfi imic formalaşdırmağa can atır. Olayın get-gedə böyüməsi və əsasən də müxalifətyönümlü media orqanlarının bu məsələdə qeyri-obyektiv mövqe tutmaları belə deməyə əsas verir ki, israrla özünün müstəqil mətbuat qurumu olduğunu vurğulayan bir sıra qəzet, sayt və xəbər portalları Aslan Aslanov barəsində sifarişli yazılar yayımlayırlar.

Görünən odur ki, bəzi muzdlu yazarlar jurnalist peşə və etikasını bir kənara qoyub nəyin bahasına olursa-olsun yalnız şəxsi maraqlarını təmin etməyi düşünürlər. Əgər belə olmasaydı, o zaman özünə və qələminə hörmət edən heç bir media mənsubu uzun illərdir ki, övlad itkisilə alışıb-yanan atanı - Aslan Aslanovu əsassız, uydurma və cəfəng ittihamlarla suçlamaz, Ruslan Aslanovu qətlə yetirmiş, hələ bu azmış kimi türmədə müəmmalı şəkildə (müəmmalı ona görə ki, bu barədə o, bir söz, uşağın atası isə tamam başqa söz deyir - red.) ana olan Lamiyə Quliyevanı müdafiə etməz. Deməli, ortada maraq, yəni "mani-mani" faktoru var. Kimlərsə Aslan Aslanovu gözdən salmaq, onun indiyədək əldə etdiyi uğurlara zərbə vurmaq, onun dövlət və dövlətçilik qarşısında göstərdiyi xidmətlərin üzərindən qara bir xətt çəkmək məqsədilə ləyaqətini pula satan yazarları ələ alıb. Məhz həmin yazarlar da ağına-bozuna baxmadan nəyi necə gəldi elə də yazırlar. Söz yox ki, burada əsasən iki istiqamət diqqəti cəlb edir. Birincisi odur ki, bəzi muzdlu yazarlar bu yolla xeyli miqdarda pul qazanırlar. Digər istiqamət isə odur ki, müxalifət qəzetləri dövlətə, dövlətçiliyə, şəxsən ölkə başçısına sadiq şəxsləri hədəf seçməklə daha uzağa gedən planlara qulluq edirlər. Yəni muzdlu yazarlar bu yolla təkcə hədəfə aldıqları məmuru deyil, həm də iqtidar komandasını gözdən salmaq yolunu tutublar. Bu isə ölkənin milli maraqlarını nöqteyi-nəzərdən olduqca təhlükəli məqamlardan xəbər verir…

Nə isə, keçək Lamiyə Quliyeva ilə bağlı son günlər daha çox müzakirə olunan mövzuya: O, türmə şəraitində necə və kimdən hamilə qaldı? Xeyli vaxtdır ki, hamı bu sual barəsində düşünürdü və nəhayət, əsərin qəhrəmanları məsələyə münasibət bildirdilər. Qeyd edək ki, Lamiyə Quliyevanın uşağının atası da məhbusdur. Ən maraqlı məqam isə ondadır ki, onlar bununla bağlı ANS telekanalına müsahibələrində bir-birindən fərqli, ziddiyyətli açıqlama səsləndiriblər. Məsələn, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayan Lamiyə Quliyeva uşağının atasının məhkum olduğunu bildirməklə yanaşı, onunla könüllü şəkildə görüşdüyünü deyib: "DNT testi də verilib, nəticələr də məlumdur. Dustaqçılıq aləmində belə bir şey var ki, əlaqə saxlaya bilirsən və görüşə bilirsən. Mən axırıncı dəfə Kürdəxanıya göndəriləndə onunla orda tanış olmuşdum". Lamiyə süni mayalanma iddiasını qətiyyətlə təkzib edib və bunların boş söhbətlər olduğunu bildirib: "Elə bir şey mümkün olsaydı, bütün qadın məhkumlar ana olardı. Mən nə laborantam, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq, biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük". Lamiyənin övladının atası olduğu iddia edilən məhbus Elnur Rəsulov isə barəsində deyilənləri inkar edib. Lamiyəni yalanlayan Elnurun sözlərinə görə, o, adıçəkilən qadınla birbaşa əlaqədə olmayıb: "Orda hava yeri vasitəsilə danışırdıq. Ayrı-ayrı kameralarda idik. O, ikinci mərtəbədə idi, mən isə birinci mərtəbədə. O, tez-tez məhkəməyə gedib gəlirdi. Bir dəfə məhkəmədən gələndə mənə dedi ki, mənə kişiyə məxsus olan o şeydən lazımdı (spermanı nəzərdə tutur). İzah etdi ki, üzü səpib və üzünə vurmaq üçün istəyir. Səhərisi gün mənə iplə yumru formalı qab göndərdi. İstədiyi şeyi qabla göndərdim. Bir-iki həftə keçmişdi ki, mənə dedi ki, deyəsən, mən hamiləyəm. Dedim ki, ola bilməz". Elnur təcridxanada görüşmələrinin qeyri-mümkün olduğunu deyib və Lamiyə ilə birbaşa təmaslarının olmadığını vurğulayıb. Məhz bu faktın özü Lamiyə Quliyevanın nə qədər yalançı, riyakar və ikiüzlü olduğunu deməyə əsas verir. Hər kəsə bəllidir ki, türmə şəraitində qadınla kişinin görüşməsi qeyri-mümkündür. Təbii ki, əgər onlar ər-arvad deyillərsə. Lamiyə isə bunun tam əksini iddia edir. Bu isə özlüyündə həm də ölkənin ədliyyə sisteminin işini şübhə altına almaq deməkdir. Lamiyənin dediklərinin yalan olduğunu yalnız biz yox, Ombudsman Aparatı da təsdiqləyir. Belə ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmov Lamiyə Quliyevanın hamilə qalması haqda dediklərini şərh edərkən qeyd edib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan kişi və qadın məhkumların bir-biri ilə görüşməsi qeyri-mümkündür: "Bunun üçün həmin şəxs ən azı dörd nəzarət postundan keçməlidir". Deməli belə çıxır ki, Lamiyə digər məsələlərdə olduğu kimi hamilə qalması ilə bağlı da yalan danışıb və israrla cəmiyyəti öz yalanına inandırmağa çalışıb…

Lamiyə Quliyeva üzərindən, yəni onu oyunun "peşka"sına çevirməklə əslində, Aslan Aslanova qarşı "qara piar" kampaniyası aparan qüvvələr anlamalıdırlar ki, bu qadın ipinin üstünə şələ yığılası adam deyil. Vüqar Əliyevlə birlikdə Ruslan Aslanovu qətlə yetirmiş Lamiyə azadlığa çıxmaqdan ötrü hər kəsi və hər şeyi satar, ən ağlagəlməz yalanlar uydurar. Necə ki, bu gün uydurmaqdadır. Onun bir sözü digərilə üst-üstə düşmür, uşağının atası Lamiyənin hamilə qalmasını bir cür, o özü isə tamam başqa formada izah edir. Əgər sizlər Ruslan Aslanovun qətlilə bağlı istintaq materialları ilə tanış olsanız, o zaman Lamiyə Quliyevanın hansı yuvanın quşu olduğunu, Vüqar Əliyevlə birgə törətdikləri cinayətin əsl mahiyyətini öyrənə bilərsiniz. O zaman görəcəksiniz ki, Lamiyə və Vüqar heç bir günahı olmayan Ruslan Aslanovu xüsusi amansızlıqla qətlə yetirsələr də bu gün müxtəlif yollarla özlərinə bəraət qazandırmağa çalışırlar. Bir sıra mətbuat orqanları isə bu işdə onlara yaxından köməklik göstərirlər. Çünki Lamiyə Quliyeva kartından istifadə etməklə Aslan Aslanovu gözdən salmağa çalışan qüvvələr bu məsələyə külli miqdarda vəsait ayırıb. Halbuki Aslan Aslanov öz şəxsi nüfuzu hesabına təkcə Şəmkir rayonunda deyil, ətraf rayonlarda da dövlətin nüfuzunun, gücünün artması üçün xeyli əmək sərf edib. Bəlkə də çoxlarına məlum deyil ki, qonşu Gürcüstanla dostluq əlaqələrinin qurulmasında da Aslan Aslanovun xeyli zəhməti olub. Yəni sözümüzün canı odur ki, 1993-cü ildə Cəbhə hakimiyyətinin yaratdığı xaosdan ölkənin çıxmasında yerli məmurların, o cümlədən Aslan Aslanovun da xidməti danılmazdır. Yəqin elə bu səbəbdən də bu gün bir sıra media orqanları Aslan Aslanovdan AXC hakimiyyətinin intiqamını almağa çalışırlar. Bunu yalnız biz demirik. Milli Məclisin deputatı Ərəstun Cavadov da Lamiyə Quliyevanın cinayət işilə bağlı məsələyə münasibət bildirərkən məhz bu amili qabardıb. Belə ki, millət vəkli açıqlamasında qeyd edib ki, bütün bunlar AXCP-nin Aslan Aslanova qarşı apardığı qarayaxma kampaniyasının tərkib hissəsidir. Onun sözlərinə görə, AXCP sədri və onun mətbu orqanı Aslan Aslanova qarşı qarayaxma kampaniyasında Lamiyə Quliyevanın cinayət işindən sui-istifadə edir: "Məntiqlə düşünsək görərik ki, AXCP Aslan Aslanovdan intiqam almaq istəyir. Çünki Aslan Aslanov indiki iqtidarın komandasında çalışmış adamdır. Hər zaman da vətəninə, millətinə vicdanı və sədaqəti ilə xidmət etmiş adamdır. Aslan Aslanov doğma övladını, gənc oğlunu itirib. Mən hələ vaxtilə onun oğlunun yas mərasimində iştirak edəndə Şəmkirdə hamı danışırdı ki, Lamiyə Quliyeva öz xalası oğlu tərəfindən zorlanıb. Bütün bunlar bir daha onu göstərir ki, Aslan müəllimə qarşı qarayaxma kampaniyası aparılır.

Çünki Aslan Aslanov dövlətçiliyə bağlı, vətəninə və xalqına layiqli xidmət etmiş adamdır. Mən bunları Aslan Aslanovu tərifləmək üçün söyləmirəm. Əgər Aslan müəllim olmasaydı, o zaman 90-cı illərin əvvəllərində Gürcüstanda yaşayan soydaşlarımızı çoxdan oradan çıxarmışdılar. Necə ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı deportasiya etmişdilər, belə bir təhlükə Gürcüstanda yaşayan soydaşlarımız üçün də yaranmışdı. Amma ulu öndər Heydər Əliyevin tapşırığı ilə Aslan müəllim gedib bunların qarşısını aldı. Aslan müəllim Gürcüstanda yaşayan azərbaycanlıların müdafiəsinə qalxmışdı, onlara dayaq idi. Bütün bunları Aslan Aslanov Şəmkirin icra başçısı olduğu dövrdə edirdi. İndi də Aslan müəllimin o bölgədə yeri görünür. Məgər Aslan müəllim günahsız yerə adam tutdurandır. Niyə deyən yoxdur ki, məhbus Lamiyə Quliyeva həbsxanada haradan doğub. Bunu da Aslan Aslanovun üzərinə atırlar. Aslan müəllim ziyalı insandır, o gənc oğlunu itirib, bu dəqiqə o ancaq bunun dərdini çəkir. Lamiyə Quliyeva adam öldürüb gəlib həbsə düşüb, daha sonra da həbsxana gözətçisinə qarşı hüquqazidd hərəkətlər edib və əlavə iş alıb. İndi burada Aslan Aslanovun nə günahı var? Ümumiyyətlə, ağır cinayət törətmiş şəxslərin əksəriyyəti həbsxanada dinc qala bilmirlər, yenə də cinayət törədirlər. Bunu məhkum olmuş adamların təcrübəsində də görmək mümkündür".

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov partiyanın Siyasi Şurasının üzvü, Şəmkir rayonun keçmiş icra başçısı Aslan Aslanova qarşı Lamiyə Quliyevanın işilə bağlı ittihamlara münasibət bildirərkən qeyd edib ki, bu məsələnin mətbuatı zəbt etməsindən hərə öz niyyəti üçün istifadə edir: "Bəzi müxalifət mətbuatında bundan dövlətin, yaxud bəzi dövlət qurumlarının rəhbərlərinin əleyhinə istifadə edirlər, beynəlxalq aləmdə göstərməyə çalışırlar ki, Azərbaycanda həbsxanalarda belə hadisələr baş verməklə qanun pozulur. Digərləri də tamam başqa formada - qisasçılıq, intiqam alma məqsədilə istifadə etməyə çalışırlar. Bir sözlə, ayrı-ayrı qüvvələr ayrı-ayrı formada öz niyyətləri üçün istifadə edirlər. Mən demək istəyirəm ki, Azərbaycan penitensiar sistemində xeyli uğurlu işlər gedir. Dünyanın hər yerində cinayətkar aləm var. Qəsdən adam öldürən də var, ehtiyatsızlıqdan cinayət törədən də var, oğurluq edən də var, dələduzluq edən də var və sair. Yəni dünyanın hər yerində bu kimi hallar baş verir. Amma heç kimin törətdiyi cinayət onun siyasi mənsubiyyətindən asılı olmayaraq törətdiyi əmələ görə cavab verməlidir. Bu məsələdə də kimin nə təqsiri varsa, kimliyindən, hansı partiyanın üzvü olmasından asılı olmayaraq qanun qarşısında cavab verməlidir".

Xülasə, bütün bunlar bir daha onu təsdiqləyir ki, bu gün bəzi qüvvələr Lamiyə Quliyeva məsələsindən istifadə edərək Aslan Aslanovu gözdən salmağa çalışırlar. Lakin bu, baş tutan iş deyil. Çünki lazımi orqanlarda Aslan Aslanovu yetərincə tanıyırlar. Hamıya bəllidir ki, o, daim dövlət və dövlətçilik üçün çalışıb. Odur ki, ona qarşı aparılan "qara piar" sonda Aslan Aslanovu hədəf seçənlərin iç üzünü ortaya qoyacaq…