"Azərsu"dan xəbərdarlıq: İçməli suyun verilməsində məhdudiyyətlər olacaq
Tarix: 11-02-2015 17:17
Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar "+ 132 Şimal” su anbarından xəttə suyun verilişi dayandırılmışdır. Bununla əlaqədar 11 fevral 2015-ci il tarixdə gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
Yaranmış narahatlıqlaəlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
Seçilmişlər
Ən çox oxunanlar