Hansı bürcdən olanlar yaxşı öpüşürlər?
Tarix: 12-11-2014 12:45
Bürcümüz hər birimizin davranışlarına və fikirlərinə təsir edir. Hətta hansı bürcdən olduğumuz hisslərimizin və ehtirasımızın nə qədər güclü olacağını da müəyyənləşdirir. Bəs görəsən, hansı bürcdən olanlar daha yaxşı öpüşürlər?
Qoç
Qoç kişisi öpüşməkdən doymur. O, həmişə ən gözəl dodağa sahib olan qızlarla birlikdə olmağa çalışır.
Cəsarətli Qoç qadını isə ilk addımı atmaqdan çəkinmir. Öpüşməkdən həzz alır. Oxatan, Əqrəb və Şir bürcləri ilə yaxşı yola gedir. Oğlaq, Xərçəng və Buğa ilə münasibətləri risklidir.
Buğa
Buğa bürcündən olan kişilər üçün öpüşün romantik olması hər şeydən önəmlidir. Əgər qarşısındakı qadını sevirsə, o zaman hisslərini cilovlaya bilmir və əsl buğaya çevrilir.
Buğa bürcü qadını isə öpüşərkən fantaziyalarını fəaliyyətə keçirir.
Buğa bürcündən olanlar Tərəzi, Xərçəng və Qız bürcü ilə uyğunlaşa bilirlər, Qoç, Oxatan, Şir bürcləri isə yola gedə bilmirlər.
Əkizlər
Əgər kişi Əkizlər bürcündəndirsə, çox sakit və həssas şəkildə öpüşəcək. Heç bir qadın onun öpüşünü unuda bilməz.
Əkizlər bürcünün qadınları isə öpüşmə tərzləri ilə kişiləri dəli edirlər. Çox ehtiraslı öpüşərək kişini özünə bağlamağı yaxşı bacarırlar.
Əkizlərin Balıq, Buğa, Qız və Əqrəblərlə münasibətləri əla alınır, Dolça və Oxatanla isə anlaşa bilmirlər.
Xərçəng
Xərçəng bürcü altında doğulan kişilər hisslərini adətən öpüşərək büruzə verirlər. Sevdiyi qadına onu nə qədər çox istədiyini dodaqları ilə başa salırlar.
Xərçəng qadınları da öpüşməkdə ustadırlar. Çox ehtiraslı öpüşən xərçənglərlə ürəyiniz heç vaxt sıxıla bilməz.
Balıq, Buğa, Qız və Əqrəb bürcündən olanlar Xərçənglərlə münasibət qurmaqdan çəkinməsinlər. Ancaq Dolça, Əkizlər və Oxatan bürcündən olanlar daha diqqətli yanaşmalıdırlar.
Şir
Şir bürcündən olan kişilər öpüşləri ilə bütün qadınları özlərinə heyran edə bilərlər. Dodaqları ilə qadını o qədər həyəcanlandırırlar ki, istədiyi hər şeyi əldə edə bilirlər.
Şir qadının öpdüyü kişi zamanı və məkanı unudur, göylərə yüksəlir. Bu qadınlarla öpüşən hər kişi öpüşməyin bundan daha mükəmməl və ehtiraslı ola bilməyəcəyini düşünər.
Dolça, Oxatan, Əqrəb, Tərəzi bürcləri Şirlərlə dillərə dastan olan eşq yaşaya bilərlər. Buğa, Oğlaq və Qız bürcündən olanlar isə Şirlərə qarşı ehtiyatlı olsunlar.
Qız
Bir kişi Qız bürcündəndirsə, sizin istəklərinizi, arzularınızı tez bir zamanda anlayacaq. Bu kişilər öpüşərkən və yataqda da qadının istəklərini nəzərə alırlar. Ona görə də onlarla intim əlaqə yaşayan qadınlar özlərini dünyanın ən xoşbəxt insanları hesab edə bilərlər.
Qız bürcündən olan qadınlar isə sevdiyi kişinin onu idarə etməsindən xoşlanır. Yavaş, romantik və həssas öpüşlərlə onun ürəyini ovsunlamaq mümkündür. Oğlaq, Buğa, Balıq və Xərçəng bürcləri öpüşərkən çox ehtiraslı olurlar. Əqrəb, Şir və Tərəzi bürcləri ilə münasibətləri alınmır.
Tərəzi
Tərəzi kişiləri qadınları özlərinə maqnit kimi çəkirlər. Onlara öpüşmə mütəxəssisləri deyə bilərik.
Tərəzi qadını isə çox seçicidir və qapısını hər kişiyə açmaz. Çox tez-tez öpüşməyi sevir. Özünə uyğun kişini tapana kimi bir çox sevgili tapa bilər, ancaq istədiyi adamı tapdıqdan sonra çox sadiq olur.
Əkizlər, Buğa, Şir bürcləri ilə yaxşı yola gedirlər. Əqrəb, Oğlaq və Qız bürcləri ilə münasibətlər xəyal qırıqlığı ilə nəticələnə bilər.
Əqrəb
Əqrəb kişiləri tərəfindən öpülmək hər bir qadının arzusudur. Çünki onlarla öpüşərkən huşunuzu itirməmək mümkün deyil. Sevgilisini təmin etmək üçün əlindən gələn hər şeyi edən Əqrəb kişiləri kifayət qədər romantikdirlər.
Əqrəb qadınları gah utancağ olurlar, gah da dünyanın ən ehtiraslı qadınına çevrilirlər. Bəzən öpüşərkən çəkindiklərini hiss edə bilrsiniz, bəzən də vampir kimi dodaqlarınıza yapışarlar. Əqrəb qadının bu dileması kişiləri dəliyə çevirir, onların cazibədarlığı hər bir kişini yoldan çıxarmağa qadirdir. Əqrəblər Buğalar, Qoçlar, Balıqlar və Şirlərlə yaxşı öpüşürlər. Əkizlər, Tərəzi, Dolça bürcündən olanlar isə onlara istədiklərini verə bilmirlər.
Oxatan
Öpüşməyi sənətə çevirən insanlardır. Açıq sözlü olmaları onlara qadınların etibarını qazanmağa imkan verir. Qadınların ürəyini ovsunlayan Əqrəb kişiləri sadəcə öpüşləri ilə bir qadını sonsuza qədər özlərinə bağlaya bilərlər.
Oxatan qadınları isə xəyallarındakı kişini tapanda onu xoşbəxt etməyi yaxşı bacarırlar.
Dolça, Tərəzi, Əkizlər, Şir bürcləri ilə əsl eşq dastanı yaza bilərlər. Qız, Oğlaq, Buğa bürcləri ilə münasibət qurmaqları məsləhət deyil.
Oğlaq
Oğlaq kişiləri sevdiyi qadının hər istədiyini yerinə yetirirlər. Öpüşməkdə çox məharətlidirlər.
Oğlaq qadınları isə bir az soyuq rəftar edə bilərlər. Ancaq bu çox qürurlu olmaqlarından qaynaqlanır. Əslində isə çox ehtiraslıdırlar. Əgər sevdiyi kişiyə tam olaraq inanırsa əsl seks həzzi yaşada bilər.
Oğlaqlar Buğa, Balıq, Xərçəng və Qız bürcündən olanlarla yaxşı münasibətlər yaşaya bilərlər. Qoçlar, Oxatanlar, Şirlər, Əqrəblərlə münasibətləri çox risklidir.
Dolça
Dolça bürcü altında dünyaya gələn kişilər yeniliklərə açıqdırlar. Dolça kişisi ilə öpüşərkən heç bir qadının ürəyi sıxılmaz. Çünki onlar çox ehtiraslı və həyəcanlı olurlar.
Dolça qadını öpüşməkdə çox məharətlidir. Fantaziyası sərhədsizdir.
Bu bürcdən olanlar Əkizlər, Oxatan, Qoç, Tərəzi bürcləri ilə yaxşı yola gedirlər. Qız, Buğa, Əqrəb bürclərindən isə uzaq durmalıdırlar.
Balıqlar
Balıqlar üçün öpüşmək and içmək kimidir. Əgər qarşısındakı qadını həqiqətən sevirsə, öpüşərkən çox romantik və həssas olur.
Balıq bürcündən olan qadınlar da hissləri ilə hərəkət edirlər. Partnyorunu çox sevirsə, öpüşərkən özünü unudar. Onlar hisslərini sözləri iə yox, dodaqları ilə ifadə edirlər.
Balıqlar Xərçənglər, Oğlaqlar, Buğalar və qızlarla çox ehtiraslı öpüşürlər. Qoç, Oxatan, Dolça və Əqrəb bürcündən olanlarla ehtiraslarını bölüşməkdə çətinlik çəkirlər.
Tabloid.az
Seçilmişlər
Ən çox oxunanlar