Ermənilər bu dəfə Əlibəylini atəşə tutdu - MN məlumat yaydı
Tarix: 14-09-2020 12:20
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
GÜNpress.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, sentyabrın 13-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Əlibəyli kəndini atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
Seçilmişlər
Ən çox oxunanlar