"6-7-8-ci arvadların adına köçürdükləri pulları ortalığa çıxarmaq lazımdır" - Məmurlara sərt ittiham
Tarix: 01-10-2019 14:50
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev borca görə mandatından imtina edən Rafael Cəbrayılovdan danışıb.
GÜNpress.az xəbər verir ki, o, Unikal.org-a açıqlamasında R.Cəbrayılovun ünvanına kəskin fikirlər səsləndirib.
Hafiz Hacıyev hesab edib ki, 600 minlik borca görə Milli Məclisinin vəsiqəsini girov qoyub, şəxsi işlərini həll edən deputat Azərbaycan dövlətinə, xalqına xidmət edə bilməz:
“Mən il yarım bundan əvvəl demişəm ki, Rafael Cəbrayılovun arvadı erməni, özü isə “julikdir”. Daha əvvəl də Rafael Cəbrayılovla bağlı bir xanım şikayət etmişdi. O, tərbiyəsiz, millətini sevməyən, dövlətinə xayənət edən bir adam idi. R.Cəbrayılov onsuz da Oqtay Əsədova 3 milyon verib, özünü deputat seçdirmişdi. Bu cür adamların mənfi əməlləri xalqı qıcıqlandırır və sonda dövləti qınaq obyektinə çevirir. Şəxsən dövlətin başçısı qınaq obyektinə düşür. R.Cəbrayılov kimi deputatlar, nazirlər və digər məmurlar da var. Bu adamların haqqında ölçü götürülməlidir. Biz, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər kimi adamlara fakt verməməliyik. Onların əlinə belə faktlar verəndə ermənilərin maliyyələşdirdiyi kanallarda Azərbaycan dövlətinin əleyhinə od püskürürlər. Bunların hamısına bu pası verən Azərbaycan hakimiyəti daxilində olan yuxarıda sadaladığım kimi, ləyaqətsiz deputatlar, səviyyəsiz nazirlər, komitə və şirkət rəhbərləridir.
Bu cür insanlar Azərbaycan dövlətini qarışdırmaqdan ötəri xaricdən maliyyələşən, ermənilərə işləyən müxalifətə pas verməkdən belə çəkinmirlər.
Mən həmişə hesab edirəm ki, problemimizi öz içimizdə həll etməliyik. Amma bunlar elə edirlər ki, Qərb dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycan dövlətini hər zaman təzyiq altında saxlasın”.
Partiya sədrinin fikrincə, Rafael Cəbrayılovdan başqa Milli Məclisdə digər deputatlar barədə də ölçü götürülməlidir:
“Onların da mandatını təcili şəkildə əlindən alıb, həbsxanaya salmaq vaxtıdır. Bunlar heç biri dövləti müdafiə etmir, əksinə zərbə altına salır. Onlar dövlətin hesabına milyardlar yığıb, bu dövlətin qorunması, saxlanmasına xidmət etmirlər. Əksinə, bu cür insanlar dövlətin baş qaxıncına çevrilir. Fikirlərim bu cür şəxslərə qarşı hər zaman kəsin olaraq qalacaq. Düzdür, bu adamlardan məni hədələyir, "səni öldürəcəyik" deyənlər də var. Mən ölməyə hər zaman hazıram, amma fikrimdən də dönən deyiləm. Onlar başa düşməlidir ki, öz qardaşım İlham Əliyevi heç zaman tək qoymayacam”.
H.Hacıyev həmçinin, təklif edib ki, Azərbaycanda milyonluq mükləri, milyardlarla pulları olan vəzifəli şəxslərlə bağlı monitorinq keçirilsin:
“Rafael Cəbrayılov deyir ki, 200 mənzili var, satandan sonra borcu qaytaracaq. Hüquq-mühafizə orqanları bunu araşdırsın və açıqlama versinlər ki, R.Cəbrayılov bu 200 evi hansı pulla alıb? Axı, bunun maaşı ən çoxu 3000 min manatdır. Bu pulla bu qədər ev almaq olar? Sonra deyir ki, qardaşım məni aldadıb, İstanbulda evlər tikdirir. Bu da araşdırmalıdır ki, qardaşı hansı pulla İstanbulda evlər tikdirir? Ona görə, təklif edirəm ki, Bakı şəhərində monitorinq keçirək. Görək hansı məmur harada nə tikdirib və dəyəri nə qədərdir! Hansı məmur neçə aravad alıb, nə qədər qız saxlayır. 6-7-8-ci arvadların adına köçürdükləri pulları ortalığa çıxarmaq lazımdır. Bu pulları və milyonluq mükləri onlardan geri almağın zamanıdır. Bunun üçün bir fond yaradıb, bu vəsaiti ora köçürmək lazımdır. Bu vəsaiti isə kasıb insanların sosial durumunun yüksəldilməsinə yönəldilməlidir. Sonra onların cinayət əməlləri barədə ölkə prezidentinin ustolunun üstünə fakt qoymaq lazımdır. Bundan sonra ölkə prezidenti onlar haqqında ciddi ölçü götürəcək və necəki götürür”.
Seçilmişlər
Ən çox oxunanlar