Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

"Ora ancaq öz əlaltılarını dəvət etmişdilər" - Partiya sədrindən siyasi qüvvələrin görüşünə reaksiya

Tarix: 12-09-2019 15:13   
"Ora ancaq öz əlaltılarını dəvət etmişdilər"
Xəbər verdiyimiz kimi dünən Bakıda “Azərbaycanda siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” adlı tədbir keçirildi. Amma nədənsə tədbirdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevi görə bilmədik.

Bəs görən Hafiz Hacıyev niyə bu tədbirə qatılıb öz fikir və təkliflərini vermədi?

Moderator.az-ın sualını cavablandıran H.Hacıyev tədbirə dəvət almadığını bildirdi:

“Bu tədbirdə bunlar “qaş düzəltdikləri yerdə vurub göz tökdülər”, ora ancaq öz əlaltılarını dəvət etmişdilər. Əslində o söyüş kampaniyasını təşkil edənlər o tədbirdə oturmuşdu. Fəzail Ağamalıya Musavatın redaksiyasında baş tutan debatda bunları dedim. Bu tədbirdən sonra söyüş kampaniyası daha da kəskinləşdi. Bu formatın özü heç düzgün deyildi. Fəzail Ağamalı dünən dedi ki, guya məni tədbirə çağırmaq üçün tapşırıq vermişdim, amma telefon nömrəmi tapmayıblar. Sonra da deyir ki, düşündük ki, Hafiz Hacıyev gəlib orda dava salacaq. Mən niyə dava salıram ki? Belə çıxır ki, bunlar prezidentin müdafiəsinə qalxan adamlardan qorxurlar. Mən həmişə düz söz demişəm və düz sözün də tərəfdarıyam. O tədbirin heç bir əhəmiyyəti yoxdur və heç ola da bilməz. Dünən bu haqda dedim. Çünki ora yığılanların çoxu qorxaq, üzükölgəli insanlardır. Ora əsas partiyalar çağırılmamışdı. Nə mənası var idi ki, Tahir Kərimlini ora çağırmağın”.

H.Hacıyev deyib ki, bizi söyən blogerlərlə görüşüb bu haqda danışıq aparmaq lazım idi:

“Orda düşmənimiz də olsa Xalq Cəbhəsi, Müsavat Partiyası çağırılmalıydı və biz özümüz də orada olmalıydıq. Adama çıxış üçün beş dəqiqə vaxt veriblər. Beş dəqiqəyə nəyi izah etmək olar? Günlərlə müzakirələr getməlidir, təkliflər verilməli idi. O blogerlərin yanına gedib soruşmaq lazım idi ki, ay oğlum, sən bu dövlətin, dövlət başçısının əleyhinə niyə təhqiramiz fikirlər səsləndirirsən? Nə qədər yanlış yola, hansısa təhlükəli təsirlər altına düşmüş olsalar belə, onlar da bizim övladlarımızdır. Bunu edən yoxdur, əksinə, onları qızışdırırlar. Bəlli oldu ki, heç bu tədbirdən Prezident Aparatının xəbəri yox idi, özlərini ölkə başçısına xoş gəlsin deyə bunu etmişdilər və bu da alınmadı”.

H.Hacıyev bizi xaricdən söyən gənclərin məsələsini həmişə mətbuatda dilə gətirdiyini bildirib:

“Əslində elə xaricdən bizi söyən adamların məsələsini hər dəfə mən qabardırdım. Bunlar nə qədər qısqanc və qorxaqdırlar. Görün Azərbaycan parlamentində kimlər bu dövlətə ağıl öyrətmək istəyir. Bunlar hamısı Azərbaycan xalqını qıcıqlandırır, hamı yaxşı bilir “kim hansı yuvanın quşudur””.