Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Tale Rövnəqin üzünə gülməsəydi, qabyuyan İqbal indi hardaydı?

Tarix: 21-08-2019 14:30   
Tale Rövnəqin üzünə gülməsəydi, qabyuyan İqbal indi hardaydı?
Deputat İqbal Məmmədovun vergi işçilərini və polis əməkdaşlarını döydürməyinə baxmayın, Neft Daşlarının yataqxanasında qalanda işi-gücü Rövnəq Abdullayevin çirkli boşqablarını yumaq imiş. O vaxt Rövnəq müəllim balacaboy, qarayanız, çəlimsiz oğlan olub. Görün, indi qoçuluq edən deputatımız cavanlıqda nə qədər üzüyola adam olub ki, hətta fiziki cəhətdən özündən qat-qat zəif olan iş yoldaşlarının da qablarını yumağı özünə ar bilməyib...

İndi harınlıq edən məmurların heç birinin dədə-babası milyonçu olmayıb. Onlar da bizim kimi kasıb ailələrdə doğulublar, uşaq vaxtı yamaqlı şalvarda gəziblər, qışda palto yerinə pencək geyiniblər. Çoxunun ən böyük arzusu doğulduğu kənddə müəllim, həkim işləmək, kolxozda ortabab vəzifə tutmaq, bir-iki dana, beş-on toyuq saxlamaq olub. Bu adamların çoxu yaxşı təhsil almasa da, bəxtləri yaxşı oldu. Tale üzlərinə tez güldü, yuxuda görmədikləri kefi həyatda gördülər. Dost-tanışlarını, qohum-əqrabalarını da arxalarınca aparıb, özləri kimi ağ günə çıxardılar. Əmin olun ki, əgər tale Rövnəq Abdullayevin üzünə gülməsəydi, İqbal müəllim hələ də Neft Daşlarında iş yoldaşlarının çirkli boşqablarını yumaqla məşğuluydu...

Nə baş verdi? Bu adamlar 15-20 il ərzində niyə bu qədər dəyişdilər? Vergi işçilərini, polis əməkdaşlarını döyən bu insanlar kimə arxayındırlar? Onlar bu gücü hardan alırlar? Azərbaycanda siniflər arasında kəskin mübarizə gedir. Bu ölkədə varlılar kasıbları qarışqa kimi əzib keçirlər. Yaxın tariximiz bu cür nümunələrlə zəngindir. "Xəzər" Dəniz Gəmiçiliyinin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov hələ 2014-cü ildə xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və nəvəsini vurub öldürmüşdü. İstintaq materiallarından aydın olur ki, qəza baş verəndə Xalid Mədətovun idarə etdiyi qara "Galandewagen"in sürəti 250 olub. Xalud Mədətovla eyni vaxtda həbs olunan toyuq oğruları hələ də türmədə çürüyür. Xalid isə iki ildi azadlıqda, kefdə-damaqdadı...

2014-cü il bizim yaddaşımızda həm də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun piyadanın ölümü ilə nəticələnən qəza törətməsi ilə qalıb. Bu, həmin Rüstəmdir ki, 2017-ci ildə avtobus sürücüsünü döyməsiylə yenidən gündəmə gəldi. Hansı ki, qanunun aliliyi bərdəli Əhmədlə şirvanlı Məmmədə tətbiq olunduğu kimi Rüstəmə də tətbiq olunsaydı, o, 2017-ci ildə həbsdə olardı, hansısa zavallı avtobus sürücüsünü döyməklə yadda qalmazdı...

Mən uşaqları qınamıram. Onları atalarının haram yolla qazandığı pullar qudurdub. Oğluma 2 manat yolpulu verəndə, 1 manatını geri qaytarır. Bilir ki, atası həmin pulu alnının təri, gözünün nuruyla qazanır. Amma məmur övladlarının belə qayğısı yoxdur. Onların ataları büdcə vəsaitini talamaqla milyonçu olublar. Həmin məmurları oğlanları ilə birlikdə layiq olduqları yerə - məhbəsə gpndərmək lazımdır. Dustaq yoldaşlarının çirkli qablarını yuyanda, ağılları başlarına gələcək...
Seymur Verdizadə
Tale Rövnəqin üzünə gülməsəydi, qabyuyan İqbal indi hardaydı?