Cinsi performansı artıran ən faydalı çərəz
Tarix: 25-09-2014 15:05
Qış meyvələri arasında ən faydalı olanlardan biri də fındıqdır. Onun tərkibində dəmir, kalsium, maqnezium, sink, zülal kimi minerallar, E vitamini var.
Hər gün 30-40 qram fındıq yemək gündəlik E vitamini ethiyacını ödəyir.
Fındıq ürək-damar sağlamlığı üçün də əvəzolunmaz çərəzdir. Müntəzəm olaraq hər gün fındıq yemək infarkt riskini azaldır. Fındıq enerji mənbəyidir, bədənə güc və enerji verir. Qədim zamanlardan cinsi performansı artırıcı gücü olduğu bilinir. Gündə bir ovuc fındıq yeyən kişilər yeməyənlərə nisbətən daha sağlam və güclü olurlar. Qan dövranını sürətləndirdiyi üçün cinsiyyət orqanının bir çox xəstəliklərindən, o cümlədən prostatdan qorunmağa kömək edir.
Fındıq həmçinin soyuqdəymə və ağciyər xəstəliklərində də faydalıdır. Zehni, fiziki yorğunluğu aradan qaldırır. Ona görə də həm gün ərzində çox aktiv işləyənlər, həm də şagirdlər üçün çox faydalıdır. Uşaqların gündə bir ovuc fındıq yeməsi vacibdir. Bu onların dərsi daha tez və asan qavramasına kömək edir.
Seçilmişlər
Ən çox oxunanlar