Bakıda German hospitalda yeni doğulmuş uşaq öldü
Tarix: 27-04-2019 14:43
Bakıda yeni doğulmuş körpə ölüb.
GÜNpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 51-də yerləşən "German" Hospitalda baş verib.
1986-cı il təvəllüdlü Cəfərova Samirə Hüseynağa qızı aprelin 23-də doğuş üçün adıçəkilən hospitala yerləşdirilib və qeysəriyyə əməliyyatı ilə oğlan uşağı dünyaya gətirib. Aprelin 26-da isə uşaq hospitalda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Seçilmişlər
Ən çox oxunanlar