"Başak-İnam Sığorta Şirkəti"ndən lisenziya məsələsinə reaksiya
Tarix: 06-11-2014 13:09
"Başak-İnam Sığorta Şirkəti" ASC-nin lisenziyasının qüvvəsinin dayandırılması ilə bağlı açıqlama verib. Gunpress.az-a daxil olan açıqlamada bildirilir ki, şirkətin hal hazırda ödənilmiş nizamnamə kapitalı 6 000 000 manatdır: "Qanunvericiliklə sığortaçının tələb olunan kapitalı 5 000 000 manat müəyyənləşdirilmişdir ki, şirkətin məcmu kapitalı da bu məbləğdən az olmamalıdır.Şirkətimizdə bu rəqəm, məcmu kapitalın həcmi, nizamnamə kapitalından nisbətən aşağı olmuşdur.Artıq şirkətin Direktorlar Şurasının iclası keçirilmişdir. İclasda Səhmdarların növbədənkənar Ümumi Yığıncağının keçirilməsinə qərar verilmişdir. Səhmdarların Ümumi Yığıncağı məcmu kapitalın tələblərə uyğunlaşdırılması məqsədilə şirkətin kapitalının 3 000 000 manat artırılması məsələsini müzakirə edəcəkdir.
Maliyyə Nazirliyinin şirkətimizin lisenziyasının qüvvəsinin dayandırılması qərarının qəbul olunmasınadək məhsullarımızı əldə etmiş müştərilərimizin narahatçılığına əsas yoxdur. Bütün öhdəliklərimiz davam edir.
Məcmu kapitalın tələb olunan kapital həddinə çatdırılmasından sonra lisenziyamızı bərpa edəcəyik".
Seçilmişlər
Ən çox oxunanlar