Vergilər Nazirliyi iki sahibkarı cinayət məsuliyyətinə cəlb edib
Tarix: 23-10-2014 13:12
Vergilər Nazirliyi əmək münasibətləri sahəsində həyata keçirilən əməliyyat nəzarət tədbirləri nəticəsində Binəqədi rayonunda yerləşən, Samir Zülfüqarova məxsus idman-əyləncə mərkəzinin tikintisində 20 nəfərin, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, Elxan Qarahmədova məxsus otel tikintisində isə 27 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiyini aşkarlayıb.
İşçilərdən alınan izahatlardan aydın olub ki, onların tikinti obyektlərində xeyli müddət işləmələrinə baxmayaraq, heç biri ilə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı rəsmiləşdirmə aparılmayıb. Bundan əlavə, hər iki şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da müəyyən edilən və hər iki faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Seçilmişlər
Ən çox oxunanlar