İstanbulda 3 milyona yaxta alan məmur kimdir-İDDİA
Tarix: 03-10-2014 12:43
Istanbulda açılan Beynəlxalq "Boatshow”da bu il satış rekordu qırılıb. Sərginin ilk 3 günündə qiymətləri 12 min türk lirəsi ilə 3 milyon avro arasında dəyişən 98 gəminin satıldığı bildirilir. Alıcılar arasında ən çox Türkiyə, Iran, Rusiya, Iordaniya və Azərbaycan vətəndaşları olub.
3 gəmi isə suriyalı işadamlarına satılıb. Azərbaycan reallığında dəbdəbəli villalarda yaşamaq, bahalı maşınlar, yaxtalar almaq yalnız məmurlara xas olan cəhətdir. Azərbaycanda hətta şəxsi təyyarələri olan məmurlar da var. Ona görə də istisna deyil ki, Istanbulda satılan yaxtaların azərbaycanlı müştəriləri də məmurlar olub və güman ki, yaxtalar onların yaxınlarının adına qeydiyyata alınıb. Ki, məsələnin üstü açılmasın. Redaksiyamıza məsələ ilə bağlı daxil olan məlumatlar da belə deməyə əsas verir.
azadliq.info
Seçilmişlər
Ən çox oxunanlar