Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

İsmət Abbasovun oğlu haqda sensasion iddialar – 21 milyonluq iş

Tarix: 25-06-2019 10:27   
İsmət Abbasovun oğlu haqda sensasion iddialar
Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda böyük mal-mülkünün üzə çıxması haqda ötən həftə yazmışdıq. Bu günlərdə isə onun dini baxışları ilə bağlı xəbərlər yayılıb. Etibarlı mənbənin verdiyi məlumata görə, Y.Abbasov Londonda radikal dini təriqət üzvü olub. Onun sələfi olduğu haqda məlumatlar dolaşır.
Yunis Abbasov uzun illərdir ki, Londonda yaşayır. Özünün açıqlamalarına görə, orada özünə biznes qurub. Belə iddialar da var ki, oğul Abbasovun Londondakı biznesi ata Abbasovun kapitalı hesabına formalaşıb, dirçəlib. İsmət Abbasov isə heç vaxt biznesmen olmayıb, onun məmur olaraq maaşı da oğluna böyük varidat ötürməsinə imkan verəcək qədər deyil. Ehtimal olunur ki, Yunis Abbasovun biznesinin mayasında atasının nazir və başqa vəzifələrdə işlədiyi dövrlərdə qeyri-qanuni yollarla əldə etdiyi pullar dayanır.

Zaman-zaman yerli və xarici mediada Yunis Abbasovun varidatı haqda xəbərlər yayılır. Hazırda Abbasovların Dumanlı Albionda 21 milyon dollarlıq mal-mülklərinin olmasını təsdiqləyən sənədlər ortalıqdadır. Belə anlaşılır ki, Yunis Abbasov bir neçə 10 milyonluq varidatın sahibidir. Onun Böyük Britaniyada radikal dini təriqət üzvü olması xəbəri də yeni deyil. Bildirilir ki, Abbasov hələ Londonda təhsil alarkən dini baxışlarını dəyişib və sələfi təriqətinin daşıyıcısına çevrilib.

Böyük pullara sahib Yunis Abbasov məmur oğlu olaraq dini baxışlarını dəyişən ilk azərbaycanlı deyil. Bakının keçmiş icra başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun da sələfi olması iddiaları illərdir ki, mətbuatda dolaşır və təkzib olunmur.

İsrafil Abutalıbov da Yunis Abbasov kimi uzun müddət Londonda yaşayıb. Bakıya illər sonra tamam başqa qiyafədə və düşüncədə qayıdan Hacıbala Abutalıbovun oğlu o dövrdə BŞİH başçısı olan atasının belə işdən çıxmasına təkid etməsi xəbərləri yayılmışdı.



Belə xəbərlər vardı ki, İsrafil Abutalıbov vəhhabilər kimi uzun saqqal saxlayıb, onlar kimi şalvarının balağını gödəldib. Valideynləri bundan təəccüblənsə və gözləmədikləri belə yeniliyə etiraz etsə də, o, heç kimə və heç nəyə məhəl qoymadan düşüncəsindən dönməmişdi.

İsrafil Abutalıbovun İçərişəhərdəki "Aşurbəy" (“Ləzgi məscidi”) məscidinə baş çəkdiyi, Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiyalar da vaxtilə mətbuat səhifələrindən düşmürdü. Türkiyə mətbuatında İsrafil Abutalıbovun Abu Bəkr kimi təqdim olunması da yaddaşlardan silinməyib.

Ölkədən çıxarılan milyonlar hesabına xaricdə özlərinə biznes quran, dini baxışlarını radikal təriqətçiliyə dəyişənlərin xoşagəlməz fəaliyyəti də ola bilərmi? Belələrinin Azərbaycan üçün hansı təhülükəsi var?

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, bu adamları Azərbaycanla bağlayan sırf buradan daşınan pullardır: “Bu gün xaricdə olan təkcə Yunis Abbasov, İsrafil Abutalıbobv deyil ki... Eldar Mahmudovun da, Cahangir Hacıyevin və bir çox eks məmurların da övladları Londondadır. Özləri də, ətrafları da, dost-tanışları da hamısı xaricdədir. Yəni bu adamları ölkəyə bağlayan nəsə yoxdur. Azərbaycan hakimiyyəti bu adamların əllərindəki pullardan, dini baxışlarından ciddi narahat olmalıdır”.

Əvəz Zeynallı hazırda həbsdə olan keçmiş məmur-oliqarxlardan birinin yaxını ilə söhbətini xatırlayır: “Yanıma gəlmişdilər, bizdən dəstək istəyirdilər. Mən də dedim ki, mənə 2 ziyalı verin, sağımda, solumda otursunlar, mənim dediklərimi təsdiqləsinlər. Cavab belə oldu belə adamlar yoxdur. Nəslindən qadın, kişi, cavanların yanımda olmalarını istədim. Dedilər ki, ölkədə heç kimləri yoxdur, hamısı xaricdədir. Açıq da dedilər ki, bizi bu ölkəyə heç nə bağlamır, adam həbsdən çıxan kimi ölkədən gedəcək. Yəni bu adamlar ölkədən milyardlarla pul çıxarıblar. Zamirə Hacıyevanın timsalında bunu hamı gördü. Qadın bir günün içində bir neçə milyon funt-sterlinqi xərcləmişdi. Hələlik pullar bahalı şərablara, maşınlara, təyyarələrə xərclənir. Gələcəkdə necə olacaq? Bu pullar əslində hakimiyyətin özü üçün təhlükədir. Perspektivdə ölkəyə yaxşı heç nə vəd etmir. Hakimiyyətdaxili çəkişmələrdə həmin pullardan istifadə olunması da istisna deyil. Bu vəsaitlər Azərbaycan xalqının sərvətidir, halal puludur, hansıları ki, oğurlayıb, xaricə daşıyıblar. Hələlik həmin pullar 100 illik çaxırlara, 500 illik viskilərə, bahalı aksessuarlara, mülklərə xərclənir”.