Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Əhali üçün qazdan güzəştli istifadə limiti artırıldı - Tarif Şurası qərar verdi

Tarix: 30-04-2019 20:26   
Əhali üçün qazdan güzəştli istifadə limiti artırıldı - Tarif Şurası qərar verdi
Azərbaycanda əhali qrupu üzrə təbii qazın güzəştli tariflərlə illik istehlak limiti 500 kubmetr artırılaraq, 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb.

GÜNpress.az xəbər verir ki, bunu Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir deyib ki, dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının aprelin 30-da keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb.

İstehlak həcminin dəyişməsi ilə əlaqədar olaraq yaranmış fərq dövlətin maliyyə vəsaiti hesabına qarşılanacaq.

İndiyədək 1,5 milyondan çox abonent (6 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edirdi.

Yeni qərara əsasən, əlavə olaraq daha 300 minədək əhali abonenti (1,2 milyondan çox vətəndaş) təbii qazı yalnız aşağı tariflərlə istifadə edəcək. Nəticədə təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70 faizdən 85 faizədək artacaq.

Beləliklə, ildə 2200 kubmetrə qədər qazdan istifadəyə görə ödəniş hər kibmetrə görə 10 qəpikdən hesablanacaq.

Qərar bu il mayın 1-dən qüvvəyə minir. Qərarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Xatırladaq ki, indiyə kimi əhali qrupu üçün təbii qazın güzəştli tariflərlə illik istehlak limiti 1700 kubmetr müəyyənləşdirilmişdi. Əhali istehlak olunan 1700 kubmetrədək qazın hər kubmetrinə görə 10 qəpik, 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik ödəyirdi.