Daha bir neçə bank bağlanacaq - İqtisadçıdan xəbərdarlıq
Tarix: 18-01-2016 21:32
""Bank of Azerbaijan” 2016-cı ildə bağlanacaq yeganə bank olmayacaq. İl ərzində bazarı tərk edəcək bankların sayı çoxalacaq. Ona görə də Mərkəzi Bank əhalinin bank sektoruna inamını qorumaq üçün təcili sürətdə əmanətlərin sığortalanması mexanizmini təkmilləşdirməlidir”.
Gunpress.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev bildirib.
Onun sözlərinə görə, "Bank of Azerbaijan” ASC-nin bağlanması qərarı düzgün addımdır və təəssüf ki, xeyli gecikib: "Onsuz da bankın maliyyə imkanları çox pis idi və əmanətləri qaytara bilmirdi. Əmanətçilər aylarla süründürülürdü, ancaq əmanəti geri ala bilmirdilər. Səbəb çox sadə idi: Bankın maliyyə vəziyyəti pisləşmişdi. Digər tərəfdən də Mərkəzi Bank bankın lisenziyasını ləğv etmirdi. Bu isə sığorta hadisəsinin baş verməsinə imkan vermir. Nəticədə bank yarımcan idi. Nə birdəfəlik bağlanmırdı ki, camaat da pulunu Əmanətlərin Sığortalanması Fondundan geri alsın. Nə də vəziyyəti düzəlmirdi. İl ərzində baş verən devalvasiya bankın xilası ümidini də itirdi. Bu baxımdan bank sektorunun dayanıqlığını pozan bilən daha bir bankın bazarı tərk etməsi yaxşı qarşılanmalıdır. Bank of Azerbaijn yeganə deyil. Daha bir neçə bank var ki, oxşar vəziyyətdədir. Onlara da Mərkəzi Bank əncam çəksə yaxşı olar”.
Seçilmişlər
Ən çox oxunanlar