Avropa Oyunlarına görə 7 obyekt bağlandı, 23-ü cərimələndi
Tarix: 15-06-2015 17:42
“Avropa Oyunları ilə bağlı aparılan reydlər zamanı ət kəsimi ilə məşğul olan 25 obyekt cərimə olunub, 7 obyekin bağlanmasına qərar verilib”.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
Onun sözlərinə görə, bütün qeyri-qanuni kəsim məntəqələri cəzalandırılıb.
“Avropa Oyunlarına görə Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışır. May ayının 1-dən iyun ayının1-ə kimi 15 kəsim məntəqəsinə şifahi, 11 obyektə isə yazılı formada xəbərdarlıq olunub. İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə görə, 25 obyekt cərimə olunub, 7 obyekin bağlanmasına qərar verilib. Kəsimlər əsasən axşam saatlarında başlayır. Müayinələr isə gecə saatlarında aparılır. Bir sözlə, baytarlıq sanitariya qaydalarına ciddi nəzarət olunur”-deyə Yolçu Xanvəli bildirib.
Seçilmişlər
Ən çox oxunanlar