AFFA daha bir komandaya texniki məğlubiyyət verib
Tarix: 10-09-2014 00:41
Azərbaycan çempionatında növbəti limit pozuntusu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, I divizionun ilk turunda baş tutan “Şəmkir” – “Turan-T” matçında meydan sahibləri futbolçu limitinə əməl etməyib.
Bu gün baş verənləri müzakirə edən AFFA-nın İntizam Komitəsi Qərb derbisinin nəticəsini (3:1) ləğv edib. Qarşılaşmada limiti pozan “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
Qərara əsasən matçda göstərilmiş sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir.
Qeyd edək ki, Topaz Premyer Liqasının ilk turunda da limit pozuntusu qeydə alınmışdı. Səfərdə “Sumqayıt”a 3:0 hesabı ilə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət verilmişdi. “Qarabağ”ın taleyini yaşayan “Şəmkir” ağdamlılardan fərqli, legioner limitini deyil, yaş limitini pozub. Aşağı dəstədəki qaydaya görə hər komandanın heyətində meydanda 23 yaşadək 8 futbolçu olmalıdır.

Seçilmişlər
Ən çox oxunanlar