Karate Federasiyasına 1-ci vitse-prezident təyin olunub
Tarix: 11-12-2019 11:04
Akşin Hüseynov səsvermə nəticəsində Azərbaycan VKC Karate Do Federasiyasının 1-ci vitse-prezidenti təyin olunub.
Onu federasiyanın kollektivinə təqdim edən federasiyasının rəhbəri Nurəddin Quliyev, Akşin Hüseynovun federasiyanın fəxri üzvü olaraq hər zaman etimadı doğruldaraq yüksək nəticələr əldə edən idmançı, məşqçi və təşkilatçı biri kimi dəyərləndirildiyini diqqətə çatdırıb. Akşin Hüseynovun bu təyinatının qarşıdakı yeni zəfərlərə müsbət təsir göstərəcəyinə inandığını deyib.
Ona göstərilən etimada görə təşəkkürünü bildirən yeni 1-ci vitse-prezident Akşin Hüseynov kollektivlə uğurlu əməkdaşlığa və qarşıya qoyulan hədəflərə birgə səylə çatacaqlarına ümid etdiyini söyləyib.
Karatenin inkişafının dövlət dəstəyinə görə bir daha təşəkkürünü çatdıran Akşin Hüseynov, qarşıdakı beynəlxalq arenalarda böyük nəticəyə nail olmaq üçün bütün imkanları səfərbər edəcəyini bildirib. Federasiya kollektivi Akşin Hüseynova yeni işində uğurlar arzulayıblar.
Seçilmişlər
Ən çox oxunanlar