UEFA "Qarabağ"ın rəqibini cərimələyə bilər
Tarix: 25-09-2014 11:27
UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"i "Mailiyyə Fair Play" testindən keçirməyə hazırlaşır.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "İnter"lə yanaşı, "Liverpul", "Monako" və "Roma"nın "Maliyyə Fair Play" qaydalarını pozduğu iddia edilir.
Bununla bağlı UEFA həmin klublara rəsmi bildiriş göndərib. Qitənin ali futbol qurumu sözügedən klublardan maliyyə durumları ilə bağlı yeni sənədlər təqdim etməsini tələb edib.
Əgər bu klubların maliyyə qaydalarını pozduğu təsdiqlənərsə, onlar böyük ehtimalla cərimələnəcəklər.
Qeyd edək ki, bundan əvvəl PSJ və "Mançester Siti" trasferlərə qaydalarda nəzərdə tutulduğundan çox pul xərcləyərək "Maliyyə Fair Play" qaydasını pozduğu üçün cərimələniblər.
Seçilmişlər
Ən çox oxunanlar