Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Rövnəq Abdullayev məcburi köçkünlərin məktubunu cavabsız qoydu – Elxan Məmmədov isə...

Tarix: 18-04-2019 16:06   
Rövnəq Abdullayev məcburi köçkünlərin məktubunu cavabsız qoydu
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) rəhbərliyi Qubadlı köçkünlərinin klubunu görməzdən gəlir. Klubun çıxış etməsinə mane yaradır.

Bu barədə “Həkəri” futbol klubunun təsisçisi və məşqçisi, keçmiş Qarabağ döyüşçüsü Cavanşir Əliyev Unikal.org-a müsahibəsində deyib.

- Cavanşir müəllim, “Həkəri” klubunu oynamağa niyə icazə vermirlər?

- Bildiyiniz kimi, “Həkəri” futbol klubu Qubadlı rayonunu təmsil edir. Klubumuz 2002-ci ildə rəsmi olaraq dövlət qeydiyyatından keçib. 2011-ci ilə qədər həvəskarlar (indiki Region Liqasında), 10 ilən çox isə bu liqada çıxış etmişik. 3 dəfə ard-arda ölkə birincisi, eləcə də ikinci və üçüncü yerləri tutmuşuq. Bundan sonra müəyyən maddi problemlərimiz oldu. Böyük futbolu saxlaya bilmədik. Amma uşaq futbolu ilə bu günə qədər fəaliyyətimizi davam etdirmişik. 15 yaşa qədər uşaqlar arasında komandamız olmasına baxmayaraq bu il sponsor tapmışıq. AFFA-nın tələb etdiyi bütün hüquqi sənədləri onlara təqdim edirik. Biz AFFA-nın baş katibi ilə görüşdük, o bizə bildirdi ki, "gərək siz Region Liqasında çıxış edəsiniz". Bildirdik ki, biz 10 il region Liqasında çıxış etmişik. İstəyirik ki, I Divisionda oynayaq. Bizim bütün sənədlərimiz qaydasındadır. Sadəcə olaraq AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən qarşımıza sədd qoyulur.

- Bəs bəhanələri nədir?

- Sadəcə bəhnə olaraq Elxan Məmmədov deyir gedin Region Liqasında çıxış edin. Mən də bildirdim ki, Region Liqası əvvəllər Həvəskarlar Liqası olub. Sadəcə son vaxtlar adını dəyişdirmisiniz. Mənim orada təcürübəm olub. Bu gün də stadionum, bazam və uşaq futbolum var.

- Hazırda hansı stadiondasınız?

- Sumqayıt Şəhər Mehdi Hüseynzadə adına Stadiondur.

- Elxan Məmmədov Region Liqasında oynayıb nəticə verdiyiniz halda I diviziona buraxılacağını barədə söz verib?

- Xeyr, o sözü də mənə vermir. Biz də ona görə narahatıq. Həm bu sahədə 10 il təcrübəmiz var.

- AFFA-nın rəhbəri Rövnəq Abdullayevin özü ilə görüşə və ya ona məktub ünvanlamısınız?

- Bizim icra hakimkiyyəti tərəfindən klubumuz üçün AFFA-ya müraciət məktubu daxil olub. Bu günə qədər də heç bir rəsmi cavab gəlməyib.

Ancaq Elxan Məmmədovla yanaşı, PFL rəhbəri Ramin Musayevlə də görüşmüşəm.

- Yenidən müraciət etmək fikriniz var?

- Bəli, bizə Rövnəq Abdullayev tərəfindən heç bir cavab verilməyib. Ancaq biz klub adına növbəti dəfə yaxın zamanda müraciət məktubumuzu ünvanlamağı düşünürük.

- Sizi yenidən qəbul etməsələr klubu ləğv edəcəksiniz?

- Sonuna kimi getmək istyirik. Məqsədimizi Peşəkar futbol komandası yaratmaqdır. Çünki bizim 5 yaş qrupunda komandalarımız var.

- Klubun rəhbəri kimdir?

- Mən klubun təsisçisiyəm, hazırda baş məşqçi kimi fəaliyyət göstərirəm. Klubumuzun prezidenti iş adamı Məcid Hüseynovdur.

- Məcid Hüseynovun özü AFFA-ya müraciət edib?

- Mən Elxan Məmmədovla görüşə gedəndə, klubumuzun rəhbəri də mənimlə idi. O da öz təkliflərini verdi.

Bu gün Region Liqasında vəziyyət bərbatdır. Paltar dəyişmə otağı, duş yeri yoxdur. Azərbaycan futbounun inişafında danırıq. Bu gün Həvəskarlar Liqasının adını dəyişib Region Liqası etməklə inkişafdan danışmaq olmaz. Bizim də məqsədimiz 2-3 il I divizionda çıxış edib, Peşəkar Liqaya yüksəlməkdir.

- Futbolçuların hamısı məcburi köçkünlərdən ibarətdir?

- Bəli, 70 faizi məcburi köçkün ailələrinin övladlarıdır. Qubadlı rayon məcburi köçkün kimi Sumqayıtda məskunlaşmışıq. 10 il həvəskarlar liqasında çıxış etmişik bizim haqqımız var I divizionda çıxış etməyə... Ən azında işğal altında olan bir rayonun adını I divizionda təmsil etmək böyük sevinc olar.