Federasiya vitse-prezidentindən Gənclər və İdman Nazirliyinə etiraz - "Bu nədir, yerindən qalxana..."
Tarix: 07-04-2019 00:18
Son zamanlar idmançıların Gənclər və Idman Nazirliyi ilə bağlı şikayətləri daha da artıb.
İdman ustası adının lazımsız adamalara verildiyi və bu statusun nazirlik tərəfindən hörmətdən salındığı deyilir. Bəziləri isə bu adların pulla satıldığını iddia edir. Bu barədə bir çox idmançılar və idman xadimləri öz şikayətlərini sosial şəbəkələrdə paylaşır.
Gunpress.az xəbər verir ki, həmin şikatçilərdən biri də millət vəkili Adil Əliyevin rəhbəri olduğu Azərbaycan Kikboks Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovdur.
Adil Əliyevin yaxın dostlarından olan G.Cavbarov bildirib ki, Nazirliyin verdiyi vəsiqələr ləğv olunmalıdır:
"Mənə Gənclər və İdman Nazirliyində səlahiyyət versələr bütün vəsiqələri iptal etdirib, yenidən "reqistrasiya" etdikdən sonra paylayaram.
Yəni, köhnə vəsiqələri keçərsiz sayaram. Yoxsa bu nədir, yerindən qalxana idman ustası, əməkdar usta, xadim, verirlər".
GÜNpress.az
Seçilmişlər
Ən çox oxunanlar