Bakıda gömrük işçisi güllələndi – Baş Gömrük İdarəsinə basqın +102 min aparıldı
Tarix: 04-03-2015 13:36
Bir neçə gün öncə paytaxtın mərkəzində ofisə basqın olub.
“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə fevralın 28-i saat 22 radələrində baş verib.
Naməlum şəxs Nəsimi rayonu, Kovereçkin küçəsində yerləşən Gömrük Komitəsinin inzibati ofisinə basqın edib.
O, Bakı şəhər sakini 1963-cü il təvəlüldlü Ərfatsiyad Babayevi sol çiynindən güllələyib. Bundan sonra seyfdən 102 min manat pulu götürüb və ofisin arxa qapısından çıxaraq oradan uzaqlaşıb. Ə.Babayev xəstəxanaya daxil olub, vəziyyəti ağırdır.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ə.Babayev Gömrük Komitəsində işləyir.
Nəsimi Rayon Prokurorluğundan bildirilib ki, iş Bakı Şəhər prokurorluğuna verilib.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin binada Bakı Baş Gömrük İdarəsi yerləşir.
Seçilmişlər
Ən çox oxunanlar