Yol polisi sürücünü döydü
Tarix: 23-01-2015 22:10
Yanvarın 21-də Sabunçu rayonu ərazisində yol polisi ilə sürücü arasında dava olub. "Qafqazinfo"-nun verdiyi məlumata görə, münaqişə nəticəsində sürücü döyülüb və yaralı vəziyyətdə Sabunçu rayonu 3 saylı xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, həmin şəxs Səbuhi Ələkbərov Cəlil oğlu olub. 27 yaşlı sürücüyə sol əlin üçüncü barmağının kəsilmiş yarası diaqnozu qoyulub. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İş Dəmir Yol Nəqliyyatında Polis İdarəsinə verilib. Sürücü idarədə Əzizov soyadlı polis əməkdaşı tərəfindən dindirilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə hadisə barədə məlumatları olmadığını bildiriblər.
Seçilmişlər
Ən çox oxunanlar