Prezident əfv sərəncamı imzaladı
Tarix: 29-12-2014 16:54

Prezident İlham Əliyev bu gün əfv sərəncamı imzalayıb.
Gunpress.az qafqazinfo-ya istinadən xəbər verir ki, sərəncamla bir çox tanınmış şəxslər azadlğa buraxılacaq. Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibi Səadət Bənənyarlı məlumat verib.
Onun sözlərinə görə, əfv siyahısında 2 NİDA-çının adı var: "Onlar Üzeyir Məmmədli və Zaur Qurbanlıdır".
Siyahıda həmçinin jurnalist Əvəz Zeynallının adı var. Əfvə eyni zamanda İsmayıllı məhbuslarından 3 nəfər, Hicab məhbuslarından isə 2 nəfərin adı daxil olub.
Novella Cəfəroğlu bildirib ki, onların təqdim etdikləri siyahıdan 10 nəfər azadlığa çıxacaq. Onların arasında Qurban Məmmədov və Sərdar Əlibəyli də var.
Seçilmişlər
Ən çox oxunanlar



















.png)

.jpg)



