Azərbaycanda bəy toyunda oynayarkən öldü
Tarix: 24-10-2014 23:33

Ağcabədi rayonunda toy yasa dönüb. Teleqraf.com-un Qarabağ bölgəsi üzrə əməkdaşının verdiyi xəbərə görə, bəy öz toyunda dünyasını dəyişib. Hadisə Ağcabədinin Hindarx qəsəbəsində baş verib. Belə ki, bu gün toyu olan Hindarx qəsəbə sakini, 1982-ci il təvəllüdlü Məmmədov Niyaməddin Nahid oğlu qəflətən dünyasını dəyişib. Onun qəfil ürək tutmasından dünyasını dəyişdiyi deyilir. Hazırda faktla bağlı araşdırma aparılır.
Seçilmişlər
Ən çox oxunanlar