Əli Əsədov Artur Rasi-zadənin bu qərarlarını LƏĞV ETDİ
Tarix: 17-09-2020 16:24
Nazirlər Kabineti “Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyanın ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2007-ci il 25 iyun tarixli 103 nömrəli və “Şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 2 avqust tarixli 311 nömrəli qərarlarını ləğv edib.
GÜNpress.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, aqrar sahədə subsidiyaların verilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 759 nömrəli Fərmanı ilə tənzimləndiyi üçün Nazirlər Kabinetinin analoji funksiyaları yerinə yetirən iki Qərarı ləğv edilib.
Dəyişikliyin əhəmiyyəti ondan ibarətdir ki, aqrar subsidiyalardan istifadə edən və bu sahədə çalışan vətəndaşlar vahid sənəd əsasında fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, ləğv olunan hər iki qərarı sabiq Baş Nazir Artur Rasi-zadə imzalayıb.
Seçilmişlər
Ən çox oxunanlar