Bakı korpusuna komandir təyin olundu, prezident generala vəzifə verdi
Tarix: 18-10-2014 22:56
Müdafiə Nazirliyində mühüm təyinat baş verib.
Gunpress.az AzPolitika.info-ya istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənovun təqdimatı ilə Prezident İlham Əliyev general-mayor Ayaz Həsənovu Bakı Hərbi Birləşməsinin komandiri vəzifəsinə təyin edib.
Bu hərbi birləşmənin keçmiş komandiri general-leytenant Kərəm Vəliyev bu ilin may ayında müdafiə nazirinin müavini vəzifəsinə keçirilmişdi.
Ayaz Həsənov isə elə həmin vaxt gözlənilmədən Beyləqan Hərbi Birləşməsinin komandiri vəzifəsindən azad olunmuşdu.
Ayaz Həsənov Azərbaycanın ən gənc generallarından biridir. Onun karyera yüksəlişində Səfər Əbiyevin müstəsna rolu haqda məlumatlar olduğundan Beyləqan Hərbi Birləşməsinin komandiri vəzifəsindən azad olunması "vurulma” kimi qiymətləndirilmişdi. Lakin indi Ayaz Həsənovun yenidən korpus komandiri təyin olunması bu qiymətləndirmənin yalnış olduğunu göstərdi.
A.Həsənovu yaxından tanıyanlar onu savadlı, güclü avtoriteti olan bir zabit kimi təqdim edirlər.
Seçilmişlər
Ən çox oxunanlar