İlham Əliyev əfv sərəncamı imzaladı
Tarix: 17-10-2014 16:49
Bu gün Azərbaycan prezidenti məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Sərəncam məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq imzalanıb.
***
Yaxın saatlarda açıqlanacaq siyahıda prezident İlham Əliyevə əfv olunmaq üçün müraciət etmiş bir çox tanınmış şəxslərin, o cümlədən Nidaçı gənclərin adı var. Əfvin icrasına sabahdan başlanılacaq.
Seçilmişlər
Ən çox oxunanlar