Əliyev Putinlə telofonla danışdı
Tarix: 02-04-2019 18:42
Bu gün Azərbaycan prezidenti İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
GÜNpress.az xəbər verir ki, İlham Əliyev və Vladimir Putin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.
Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.
Seçilmişlər
Ən çox oxunanlar



















.png)

.jpg)



