Məcburi köçkünlərin aylıq müavinəti 50% artırılıb
Tarix: 26-02-2019 16:22
Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam imzalayıb.
GÜNpress.az-ın məlumatına görə, sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılacaq.
Qeydb edək ki, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 40 manat olub.
Seçilmişlər
Ən çox oxunanlar