PREZİDENT İKİ İDARƏ RƏİSİNƏ GENERAL RÜTBƏSİ VERDİ
Tarix: 29-01-2019 23:22
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
GÜNpress.az-ın məlumatına görə, sərəncamla Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Məmmədov Kənan Ələsgər oğlu - Bakı Baş Gömrük İdarəsinin rəisi
Rəsulov Məsum Eynalı oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi.
Seçilmişlər
Ən çox oxunanlar