Prezidentin son çıxışı Yavər Camalovu təşvişə salıb
Tarix: 13-10-2015 17:32
Prezidentin Nazirlər Kabinetinin sonuncu iclasında məmurala növbəti dəfə xəbərdarlıq etməsi bəzi nazirləri narahat etməyə başlayıb.
Ölkənin iqtisadi böhranın astanasında olduğu bir vaxtda oliqarx nazirlərin milyonluq mülklərə sahib olması ilə bağlı məlumatların gündəmə gəlməsi birmənalı qarşılanmayıb. Bu barədə gunpress.az-a daxil olan məlumata görə artıq bəzi nzirlər birinci dərəcəli qohumlarının adına sənədləşdirilən milyonluq mülkləri etibar etdikləri ailədən kənar şəxslərin adlarına keçirirlər. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, ölkə başçısının ard-arda xəbərdarlıq etməsi üdafiə sənayesi naziri Yavər Camalovu, eləcə də icra başçısı olan qardaşı Mərdan Camalovu hərəkətə keçirib. Son bir neçə ilin mətbuat səhifələrini vərəqsək, Y.Camalov Azərbaycanın ən “villabaz” nazirlərindən biri hesab olunduğunun və bununla bağlı yüzlərlə məlumatın dərc edildiyinin şahidi olmaq mümkündür. Həmin məqalələrdə qeyd olunur ki, Yavər Camalovun önun ölkə boyu yan-yana düzülən villalarına, digər daşınmaz əmlaklarına kənardan göz gəzdirmək kifayətdir. Təkcə Bakı və Bakıətrafı yaşayış məntəqələrində Yavər Camalovun 50-yə yaxın villaya sahib olduğu bildirilir. Deyilənlərə görə, Bakının Teymur Əliyev küçəsində (”Milyonçular məhəlləsi" kimi tanınan ərazi-red.) 10-dan çox villası var və bu villaların hər birinin dəyərinin minimum 5-6 milyon dollar olduğu da şübhəsizdir. Bundan əlavə, Camalovun Mərdəkanda, Şüvəlanda, Pirşağıda, Novxanıda və s. Bakı qəsəbələrində dənizkənarı villalarının olduğu söylənilir.
Nazirin qardaşı ilə bağlı bağlı da müxtəlif iddialar səslənir ki, icra başçıısının bu qədər var-dövlət əldə etməsi müəmmalı görünür. Belə ki, bir müddət öncə nazirin qardaşı Mərdan Camalovun Ulu Öndər Heydər Əliyevin adənı daşıyan muzeyi ləvğ edərək oranı "RabitəBank"ın Şirvan filialına satması ilə bağlı məlumatlar gündəmə gəldi. Bununla yanaşı, Heydər Əliyevin adını daşıyan parkda "Şəlalə" çay evi açıb və oğlu tərəfindən idarə olunur. "Çılpaqlı" adlanan ərazidə kafel və metlax zavodu açdığı da bildirilir. Hər il dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyərək öz kafel və metlax sexindən lazımi metlaxlar alınır. Şirvanda icra başçısının "Leyla" şadlıq sarayı vardır. Təbii ki, icra başçısı bütün bunları nazir qardaşının dəstəyi olmadan həyata keçirə bilməz.
Bizi bilgiləndirən şəxs onu da bildirib ki, Yavər Camalov Müdafiə Sənayesi naziri postuna təyin olunduqdan sonra sürətlə “Olimpik Star”, “Kral”, “Niaqara”, “Qızıl tac”, “Ambassador” və bir çox başqa obyektlərin də aid olduğu şadlıq evləri, otellər, sağlamlıq-istirahət mərkəzləri şəbəkəsinin sahib olub. Təbii ki, sözügedən mülklərin heç biri Yavər Camalovun adına rəsmiləşməyib. Amma araşdırma aparılsa, adıçəkilən mülklərin qohum-əqrəbasının adına olduğu ortaya çıxar. Bu mülklərin ona və yaxınlarına məxsus olmadığını rəsmən təkzib edilməməsi də, deyilənlərin həqiqət gücünü artırır.
Seçilmişlər
Ən çox oxunanlar