Paşinyan Azərbaycan-Türkiyə təlimlərinə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI
Tarix: 21-08-2020 14:40
Ermənistanda Azərbaycanla Türkiyənin birgə hərbi təlim keçirməsi ilə bağlı Təhlükəsizlik Şurasının iclası baş tutub.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasın əsas gündəmi Azərbaycan və Türkiyə ordularının birgə keçirdiyi hərbi təlimlərin müzakirəsi olub.
Təlimlərin miqyası və müddəti ilə bağlı narahatlığını gizlətməyən baş nazir Nikol Paşinyan Ankaranı regionda sabitliyi pozamqda ittiham edib.
“Biz mövcud təhlükələrə cavab verməliyik. Türkiyəyə qarşı çıxmaq Milli Təhlükəsizlik Şurasının, Xarici İşlər Nazirliyinin və hökumətinə əsas gündəmi olmalıdır”-deyə Paşinyan deyib.
Ölkəsinin yeni milli təhlükəsizlkik strategiyasını qəbul etdiyi xatırladan hökumət başçısı Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll oluna biləcəyini təkrarlayıb.
Seçilmişlər
Ən çox oxunanlar