Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Türkiyənin Liviya marağı: Beynəlxalq güclər hansı addımı atacaq? - TƏHLİL

Tarix: 03-01-2020 14:50   
 Türkiyənin Liviya marağı: Beynəlxalq güclər hansı addımı atacaq?
Gözlənildiyi kimi, AKP, MHP və BBP-dən olan millət vəkillərinin dəstəyi ilə Türkiyə Böyük Millət Məclisi (TBMM) 184 əleyhinə, 325 lehinə səs olmaqla Liviyaya hərbi qüvvə göndərilməsini dəstəkləyən sənədi qəbul etdi. Qətnamədən dərhal sonra Liviyanın Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan “Milli Razılaşma Hökuməti”nin (MRH) Xarici İşlər naziri Tahir Siyala, Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışaraq, ona səsvermənin nəticəsindən məmnun olduqlarını və təmsil etdiyi hökumət və xalqı adından Ankaraya təşəkkürünü bildirib.

Ardınca isə ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu.

Ağ Evdən verilən məlumata görə D. Tramp danışıq zamanı öz həmkarına xəbərdarlıq edib ki, Türkiyənin Liviyaya əsgər göndərməsi vəziyyəti daha da gərginləşdirə bilər. Avropa İttifaqı da bəyanat yayaraq Türkiyənin Liviyaya əsgər göndərməsinin yolverilməzliyini vurğuladı.

İndi hər kəsi bir sual düşündürür. Görəsən, həm Türkiyə müxalifəti, həm də beynəlxalq birlik tərəfindən birmənalı qarşılanmayan bu qərar hansı zərurətdən qəbul edildi?

Məlum olduğu kimi, Liviyada iki qüvvə - general Xəlifə Haftarın başçılıq etdiyi “Liviya Milli Ordusu” (LMO) ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınan Fayiz əs-Sərracın lideri olduğu “Milli Razılaşma Hökuməti” (MRH) arasında qarşıdurma pik həddə çatıb. Belə ki, son bir ilə yaxındır İsrail, Misir, Rusiya, Fransa, və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən dəstəklənən general Haftar rəhbərlik etdiyi Milli Ordu BMT üzvü olan bir çox ölkə, o cümlədən ABŞ Türkiyə və Qətər, eyni zamanda bəzi Avropa Birliyi dövlətləri tərəfindən tanınan Milli Razılaşma Hökumətinə qarşı hücumlar həyata keçirirdi. Son günlər isə Haftar öz hücumlarını intensivləşdirməklə Trablusa addım-addım yaxınlaşır. Hücumların intensivləşməsinin əsas səbəbi barədə... 2019-cu il noyabr ayının 27-də Türkiyə ilə Liviyanın qanuni hökuməti arasında beynəlxalq hüquqa söykənən “Təhlükəsizlik və Hərbi Əməkdaşlıq”, eyni zamanda “Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması”na dair memorandum imzalandı. Həmin razılaşma, heç şübhəsiz ki, Türkiyə ilə əks cəbhədə duran dövlətlərin və qüvvələrin maraqları ilə daban-dabana ziddiyyət təşkil edir. Yəni, Ankara ilə Trablusun yaxınlaşmasını istəməyən bəzi qüvvələr heç şübhəsiz, Türkiyənin mövqeyinin Aralıq dənizinin şərqində güclənəcəyindən ehtiyat etdiklərindən istəyirlər ki, Ərdoğanla müttəfiqlik edən Sərracı 38 minlik orduya sahib olan Haftarın vasitəsilə devirsinlər, beləliklə də enerji rəqabətində Türkiyənin mövqeyini zəiflətməklə, həm də Ankaranı Aralıq dənizində sıxışdırsınlar.

Çünki məlum razılaşmaya qədər Türkiyə üç qitəyə çıxışı olan Araqlıq dənizində yalnız Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə müttəfiqi sayılırdı. “İndi isə Trablus da var” düşüncəsini həzm edə bilməyən güclər öz bölgə strategiyalarının zədələnəcəyindən ehtiyat etdiklərindən Haftar vasitəsilə Ankara əleyhinə hərəkətə keçiblər. Beləliklə, ərəb coğrafiyasında təklənən Türkiyəni Aralıq dənizində də yalnızlaşdırmaq siyasəti yürüdülür.

Bunu gözəl anlayan Ankaranın belə bir qərar qəbul edəcəyi gözlənilən idi. Ona görə ki, Türkiyə Prezidenti Ərdoğan özü də günlər öncə “Liviyadan müraciət daxil olarsa, ora ordu göndərməyə hazırıq” anonsunu verməklə, ölkəsinin strateji trayektoriyasına yön verməklə yanaşı, həm də qloballaşan dünyada dövlətin milli təhlükəsizliyini qorumaq üçün sərhədləri uzaqdan çəkməyin zamanı gəldiyinə işarə vururdu.

Ən çox maraq doğuran bir başqa sual isə bundan ibarətdir ki, görəsən, Türkiyə Liviya ərazisində marağı olan qlobal və regional güclərlə razılaşa biləcəkmi?

Heç şübhəsiz ki, Türkiyənin Liviyada hərbi və siyasi varlığına qarşı Haftara əsas dəstək verən ölkələr Misir, BƏƏ və İordaniya kimi ərəb dövlətləri olacaq. Bunlarla bərabər, Moskva və Vaşinqtonun da Türkiyəyə müəyyən təzyiqlərini proqnozlaşdırmaq olar. Xüsusən Suriyada birgə addımlar atan Türkiyə-Rusiya işbirliyi, Liviyadakı enerji rəqabətində zədələnə bilər.

Bununla belə, Rusiyanın Türkiyə ilə münasibətlərində ciddi problem yaranacağı inandırıcı görünmür. Həm də ona görə ki, bölgədə baş verən hadisələrin əsas mayasında ABŞ-la Rusiya arasında aparılan böyük strateji mübarizə dayanır. Əgər Moskva Ankaranı Liviyada qarşısına alsa, heç şübhəsiz ki, Vaşinqton anında Türkiyəyə öz dəstəyini ifadə edəcək. Ona görə ki, hazırkı durumda Moskva ilə Ankara arasında yaranacaq istənilən soyuq münasibət, ABŞ-ın maraqları ilə üst-üstə düşəcək.

Bu səbəbdən Rusiyanın Birləşmiş Ştatlarla çıxdığı hegemonluq mübarizəsində güc olaraq general Haftara deyil, məhz Türkiyəyə ehtiyac duyacağı daha ağlabatandır. Güman ki, Kreml də məhz Ankara ilə münasibətlərin qorunub saxlanılması variantına üstünlük verərək, Suriyada olduğu kimi, Liviyada da Türkiyə ilə müəyyən razılığa gələcək. Bu isə Türkiyənin bölgədəki rolunu daha da inamlı hala gətirəcək.

APA Analytics