Türkiyədə edam cəzası geri qayıdır? - Ərdoğan və Akşenerdən açıqlama
Tarix: 26-08-2019 16:41
“İYİ” partiyanın sədri Meral Akşener keçmiş əri tərəfindən boğazı kəsilən Əminə Buludun ailəsinə baş çəkib.
“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, Meral Akşener ziyarət zamanı qeyd edib ki, ailə cinayətkarın edamını tələb edir.
“Geridə 10 yaşlı qızcığaz var. O qızın müdafiəsi, bu hadisənin ona unutdurulması bizim borcumuzdur. Hörmətli prezident Rəcəb Tayyib Ərdoğan sədri olduğu “AK” partiyaya təlimat verəcək, onlar hazırlayacaq, mən də imzalayacağam”.
Qeyd edək ki, bundan öncə R.T.Ərdoğan da edam cəzasını dəstəklədiyini açıqlayıb:
"Edam qərarını mən tək verə bilmirəm, buna hüququm çatmır. Ancaq parlamentdən keçərsə, mənim təsdiqləmək hüququm var. Parlamentdən keçdiyi təqdirdə mən təsdiqləyəcəyimi isə dəfələrlə bildirmişəm. Emine Bulut hadisəsi isə göz yumulacaq məsələ deyil".
Seçilmişlər
Ən çox oxunanlar