Həsən Ruhani və Cavad Zərif Azərbaycana səfər edəcəklər
Tarix: 05-08-2019 15:17
ran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.
Bu barədə APA-ya eksklüziv açıqlamasında Məhəmməd Cavad Zərif məlumat verib.
Cavad Zərif bildirib ki, o, İran Prezidenti ilə birgə Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə iştirak üçün Azərbaycana gələcək.
“İran Azərbaycanla çox yüksək səviyyədə əlaqələrə sahibdir. Ölkəmiz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək XVIII zirvə görüşündə İran ən yüksək səviyyədə iştirak edəcək”, - iranlı nazir vurğulayıb.
Seçilmişlər
Ən çox oxunanlar