Nazir Uorliklə görüşdü
Tarix: 23-09-2014 21:17
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyasında iştırakı çərçivəsində bu gün ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorliklə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılıb.
E.Məmmədyarov Azərbaycanın mövqeyini bir daha vurğulayıb və münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyib.
Seçilmişlər
Ən çox oxunanlar