Nazirlik və Auksion Mərkəzi yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirdi - FOTO
Tarix: 28-11-2023 16:02
Naxçıvan Muxtar Respublikasında yerin təki sahəsinin istifadəyə verilməsi üzrə növbəti auksion təşkil edilib.
GÜNpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.
Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) auksiona çıxarılıb.
Keçirilmiş auksionda ən yüksək qiymət təklifi ilə “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olub.
Seçilmişlər
Ən çox oxunanlar