Sumqayıt Tibb Mərkəzində 9 ay ərzində 3 milyondan çox tibbi xidmət göstərilib
Tarix: 20-10-2023 20:09
TƏBİB-in tabeliyində olan Sumqayıt Tibb Mərkəzi (STM) 2023-cü ilin 9 ayı ərzində şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, STM-nin tabeliyində olan tibb müəssisələrinə 9 ay ərzində əhali tərəfindən 1 milyon 132 min 569 müraciət qeydə alınıb. Bu müraciətlərdən 1 milyon 109 min 607 ambulator, 22 min 962-si isə stasionar müraciətlərdir.
Xidmətlərə gəldikdə, bu müddət ərzində əhaliyə 3 milyon 301 min 404 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 2 milyon 430 min 403 ambulator, 871 min 101 isə stasionardır.
Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Seçilmişlər
Ən çox oxunanlar