Narkomaniyaya qarşı mübarizə İctimai Fikir Akademiyası - IFA da müzakirə edildi
Tarix: 07-07-2022 10:53
Milli Cəbhə Partiyası - MCP yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyası (İFA) “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirib.
Tədbirdə MCP sədri, deputat Razi Nurullayev, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Bəxtiyar Abbaszadə, “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalovaa, Regional Sosial Təşəbbüslərə Dəstək İB-nin sədri Emil Maqalov, Polisə Dəstək İB-ni sədri Şəmsəddin Əliyev, MCP sədrinin birinci müavini Rafiq Daşdəmirli və digərləri iştirak ediblər.
Tədbiri MCP-nin sədr müavini, İctimai Fikir Akademiyasının icraçı direktoru Ehtiram Mehtiyev açıb. O, İFA-nın fəaliyyəti və mövzuyla bağlı qısa məlumat verdikdən sonra sözü ekspertlərə verib.
Bəxtiyar Abbaszadə çıxışında bildirib ki, narkomaiya dövlətin, cəmiyyətin və hər bir fərdin təhlükəsizliyinə ciddi təhdidlərdən biridir və bunun üçün də bu gün dövlət tərəfindən narkomaniyaya qarşı ciddi mabarizə aparılır:
“Lakin görüllən tədbirlərə baxmayaraq narkomaniya bu gün beynəlxalq terrorçuluğun əsas maliyyə mənbələrindən sayılır. Bu gün dünyada narkosituasiya gündən-günə mürəkkəbləşir, narkomanların sayında artım müşahidə olunur. Bu problem ölkəmiz üçün də mənfi təsirsiz ötüşmür və bu problemin vurduğu ziyanın həcmi çox böyükdür. Narkotik insanı fiziki və posixoloji məhv edir. Təsəvvür edin narkotikdən istifadə edən insan öz evinin əşyalarını oğurlayıb satır narkotik ala bilmək üçün. Narkoman narkotik əldə edə bilmək üçün hər şey etməyə, oğurluğa, insan öldürməyə belə hazırdır. Ölkədə və dünyada narkomaniyaya qarşı aparılan bütün tədbirlərə baxmayaraq bu proses səngimir, çünkü bunun kökündə maliyyə amili dayanır. Narkotik dünyada neft və silah alverindən sonra ən böyük gəlir gətirən sahədir. Azərbaycanda təbii yolla əldə olunan narkotiklərin əkilib-becərilməsi mümkündür, eyni zamanda ölkənin coğrafi mövqeyi narkotik qaçaqmalçığı həyata keçirən transmilli cinayətkar şəbəkələrin diqqətindən yayınmır. Ölkəmiz idxal-ixrac və tranzit daşına marşrutu kimi istifadə olunmaqdadır. Əlbəttə bunun qarşısını almaq üçün də daxili işlər orqanları tərəfindən gərəkli tədbirlər keçirilməkdədir”.
Mehriban Zeynalova Milli Cəbhə Partiyasının və deputat Razi Nurullayevin təşəbüsünü yüksək qiymətləndirdiyini bildirərək qeyd edib ki, nəticə əldə edə bilmək üçün doğru mübarizə aparılmalıdır:
“Mən şahidi olduğum faciələr, haqqında xüsusilə qadınların, hamilə qadınların, uşaqların narkotik aludəçisi olması, genefondun pozulması, ailə zəmnində törədilən zorakılıq, cinayətlər haqqında danışa bilərəm. Lakin bir məsələyə toxunmaq istəyirəm. Bu gün DİN tərəfindən geniş miqyaslı tədbirlər görülür, görüşlər keçirilir, insanlar marifləndirilir. Lakin biz narkotikə yox deməklə bu problemi həll edə bilirikmi? Biz düşünməliyik ki, bu görüşlər zamanı hansı sözlərdən istifadə etməliyik, necə danışmalıyıq ki, səmərəli olsun, nəticə olsun. Biz düzgün mesajlar seçməliyik. Narkotik istifadəçisi bizi anlamaq iqtidarında deyil, biz digərlərini bu yoldan çəkindirməliyik.
Digər məsələlə sosial problemlərdir. Ailələrdən başlamaq lazımdır öncə. Bunun üçün də həssas ailələrə sosial işçilər təyin edilməlidir. Bunu parlamentdə qaldırmaq olar. Resurslardan düzgün istifadə etməklə biz problemin qarşısılnı ala bilərik. Cəzalara gəkldikdə, hər kəsi həbs etmək də mümkün deyil. Biz marifləndirməni gücləndirməliyik”.
Şəmsəddin Əliyev bildirib ki, narkomaniya ilə mübarizədə dini komitə, dindarlar kənarda qalmamalıdır:
“Quranda bildirilir ki, insanın ağlını çaşdıran hər bir şey haramdır. Narkotik maddə də ağlı çaşdırır. Deməli haramdır. Niyə ruhanilərimiz bu istiqamətdə bir tədbir keçirmirlər? Məclislərdə insanlara müraciətlər etməlidir, ruhanilər insanları marifləndirməlidir narkotikin günah olması, zərərli olmasıyla bağlı. Digər bir faktor gənclərin, yeniyetmələrin asudə zamanlarında məşğuliyyət məsələsidir. Biz bunu taleyin axarına buraxmışıq. Uşaq məktəbdən sonra idmana getməlidir, amma hamısı pulludur, istər Bakıda, istər regionlarda. Bunlar hamısı narkommanlığa aparan yollardır”.
Razi Nurullayev çıxışında bildirib ki, narkotik vasitələrin satışıyla məşğul olan insanların aşkara çıxarılması üçün mükafatlandırılma olmalıdır:
“Dövlət büdcəsindən kifayət qədər vəsait ayrılmalıdır. Kim satıcıları aşkar edərsə ona yaxşı məbləğdə vəsait ödənsin. Kiçik bir məlumatla böyük bir şəbəkəni aşkara çıxarmaq olar. Məktəblərdə ciddi maarifləndirməyə ehtiyac var. Məktəbdə narkotikdən danışmağa qadağa yox, onun zərəri ilə bağlı danışılsa daha faydalı olar. Mediada da ciddi marifləndirmə aparılmalı, televiziyalarda narkotikin vurduğu zərər açıq göstərlilməlidir. Qoy insanlar görüb çəkinsinlər. Qadağa qoymaqla problem həll olmur. Testləşdirmənin aparılması da vacibdir, özəlliklə hərbçilər, müəllimlər və həkimlər arasında. Bu gün QHT-lərin də üzərinə çox iş düşür, lakin onların bunu etmək imkanı yoxdur. QHT-lərin kifayət qədər maliyyə resursları olmalıdır ki, normal fəaliyyət göstərə bilmir”.
Seçilmişlər
Ən çox oxunanlar