İki həftədə 1000 çox şagird və müəllim koronavirusa yoluxdu - RƏSMİ
Tarix: 07-04-2021 15:08
“Martın ortalarında başlayaraq koronavirusa yoluxma sayının artması 5 şəhər və rayonda distant təhsilə keçilməsi ilə bağlı Təhsil Nazirliyinin qərar verməsinə şərait yaratdı”.
GÜNpress.info xəbər verir ki, bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
O bildirib ki, artıq aprelin 5-dən bu proses başlayıb: “Artıq distant təhsillə əlaqədar müəyyən ənənələr var. Əyani təhsilə keçid mərhələsinin nə zaman olması barədə dəqiq məlumat verməsək də, arzulayaq ki, bu, tez bir zamanda həyata keçirilə bilsin”.
M.Vəliyeva bildrib ki, Bakı məktəbləri üzrə ümumilikdə 1086 şagird və 695 müəllim koronavirus yoluxub: “Onlardan 739 şagird və 466 müəllim son 14 gündə koronavirusa yoluxub. Buna görə düşünürəm ki, atılan addım doğru qərardır”.
Seçilmişlər
Ən çox oxunanlar