Azərbaycanda qadın hüquqları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri ilə görüş keçirilib
Tarix: 06-03-2021 18:30
5 martda Polis Akademiyasında Azərbaycanda qadın hüquqları sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri, ictimai fəallarla görüş keçirilib.
Görüşün əsas məqsədi gender əsaslı zorakılığın qarşısının alınmasında iştirakı olan müxtəlif tərəflərin- hüquq müdafiəçiləri, QHT-i, ictimai fəalların bir araya gələrək, mövcud vəziyyətlə bağlı dinləmə keçriməsi idi. Görüşdə ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsindəki qanunvericlik, mövcud vəziyyət və qarşıya çıxan problemlər, təşkilat və ictimai fəalları narahat edən məsələlər müzakirə olunub, təkliflər dinlənilib. Görüşün Daxili İşlər Nazirliyi qarşısında təşəbbüskarı “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi olub.
Daxili İşlər Nazirliyi də bu məsələdə təşkilatın təşəbbüsünə dəstək verib. Müzakirələrdə “Təmiz Dünya” İB-nin rəhbəri Mehriban Zeynalova moderatorluq edib. Təşkilat 2004-cü ildən etibarən insan alveri, gender əsaslı zorakılıq, məişət zorakılığ sahəsində müxtəlif fəaliyyətlərin həyata keçirlməsi üçün belə təşəbbüslərlə DİN -ə müraciət edib və təşəbbüsləri dəstəklənib. Bu dəfəki tədbirin də niyyəti məhz, bütün tərəflərin iştirakını təmin etməklə vəziyyəti qiymətləndirmək idi. Tədbirdə, gender əsaslı zorakılıqla bağlı dövlət və QHT təşkilatlarının gender əsaslı zorakılıqdan zərərçəkmişlərin statsitikası, xidmət paketləri, xidmətə əlçatanlılıq məsələləri diqqətdə idi. Tədbirdə, Məişət zorakılığına qarşı mübarizədə DİN-in 102 Xidməti-Zəng Mərkəzinin rolu barədə mərkəzin rəisi Aygün Hümbətova məlumat verib. Qadınlara qarşı məişət zorakılığının qarşısının alınması sahəsində daxili işlər orqanları tərəfindən həyata keçirilən təbdirlərlə bağlı DİN-in Baş İctimai təhlükəsizlik İdarəsinin rəis müavini Rüstəm Nəsibov çıxış edib. İnsan alveri, o cümlədən qadın və uşaq alverinə qarşı mübarizədə görülmüş işlər barədə DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Araz Babayev danışıb. İdarənin nəzdindəki “Qaynar xətt” Xidmətinin direktoru Günay İbrahimova qadınlara qarşı məişət zorakılığının qarşısının alınması sahəsində daxili işlər orqanlarının gördüyü işlər barədə məlumat verib.
Müzakirələrdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Gəncə şəhrindən Südabə Məmmədova, Kübra Ələkbərova, Sumqayıtdan Zenfira Mustafayeva, uşaqların müdafiəsi və dəstək xidməti göstərən təşkilatlardan Kəmalə Ağazadə, Kəmalə Aşumova, İnsan alveri üzrə mübarizə Koalisiyasından Mahirə Əmirhüseynova, Sevda Məmmədova, Gülayə Səfərova, İradə Polad, Mehriban Abdullayeva ictimai fəallar, Məryəm Məcidova, Rəbiyyə Məmmədova, Aysel Ələkbərzadə iştirak edib. Bütün iştirakçılara öz fikrini bildirmək, çıxış etmək imkanı yaradılıb.
Seçilmişlər
Ən çox oxunanlar