Yolların təmizlənməsi üçün hansı işlər görülüb? - Rəsmi cavab
Tarix: 24-02-2021 12:03
Belə ki, gecədən başlayaraq Bakı şəhərində agentliyin xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısını alınması üçün maşın-mexanizm və texnika cəlb edib.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, Agentliyə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb:
"Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir. Bir daha idarə etdikləri avtonəqliyyat vasitəsi qış fəslinə, xüsusən də bu cür qarlı və şaxtalı havaya uyğun təchiz edilməyən sürücülərdən mümkün dərəcədə yollara çıxmamalarını tövsiyə edirik. Çünki onların hərəkətində mütləq şəkildə yaşanacaq problem digər hərəkət iştirakçılarına da maneə törədəcək, bu isə yollarda sıxlığın yaranmasına gətirib çıxaracaq. Nəticədə agentliyin texnikaların vaxtında problemli ərazilərə cəlb olunmasında da ləngimələr baş verə bilər".
Seçilmişlər
Ən çox oxunanlar