Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN

Tarix: 28-01-2021 21:14   
ÖLÜMSÜZLƏŞƏN QƏHRƏMAN
Ən pak sevgidir vətən sevgisi. Onu sevən yəqinsiz, tərəddüdsüz sevir. Heç bir qarşılıq gözləmədən, təmənnasız, canından keçərcəsinə sevir. Düşüncələrinin hər başlanğıcı və bitişi vətən olur vətəni sevənlərin. Bu sevgi alidir, müqəddəsdir. Onun üçün bu sevgi uğrunda canından keçənlər müqəddəs sayılır. Vətən adlı sevgiyə qurban gedən qəhrəmanlar sırasında bir qəhrəmanın adı özünə yer edir ki, bu qəhrəman hər nəfəsdə vətən düşünüb.
     
Eyvazov İslam Həsən oğlu. İslam 1999-cu il aprelin 7 - də Naxçıvan Muxtar Respublikasında anadan olub. Ailədə 2 bacı 2 qardaş olublar. Ata-anasının son beşiyi 2005-ci ildə şəhid Mirələsgər Seyidov adına 39 N-li məktəbə qədəm qoyub. Məktəbi bitirdikdən sonra 2017-ci il aprelin 12-də hərbi xidmətə yollanıb. Xidmətini Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində keçib. 2018-ci ildə xidmətini başa vurduqdan sonra Türkiyəyə gedib və iki il orda müxtəlif işlərdə işləyib. Vətənə qayıtdıqdan sonra könüllü olaraq ordu sıralarına yazılmağa çalışsa da müəyyən səbəblərdən alınmayıb. İslamın hərbçi formasına, beretə olan sevgisi böyük idi. Nəhayət ki, 2020 - ci ilin avqust ayında İslam arzusuna çatıb. O Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sırasına qoşulub. Cəmi bir ay sonra Vətən müharibəsi başlayıb. Əsgərlər döyüşə seçilən zaman general İslamı seçməyib. İslam önə çıxaraq "Mən illərdi bu arzu ilə yaşayıram. Mən vətənimin bu günündə savaşmalıyam. Məni də seçin" deyib. General İslamın sözlərindən heyrətə gəlib və onun da adı döyüşə göndərilənlər sırasında yer alıb. O bu sevinci ailəsi ilə bölüşüb. Oktyabrın 17- i ailəsi ilə halallaşmağa gəldiyi zaman anası oğlunun qanayan qollarını görüb "bunun üçünmü illərdi hərbçi olmaq istəyirdin" deyib. İslamın cavabı isə "bu nədir ki, mən vətənə canımı belə qurban verməyə hazıram" olub. Beləcə İslam vətənin ən dar məqamında vətənin dadına yetişib. Döyüşə qatıldığı ilk gündən ön cəbhədə vuruşan qəhrəman qorxu nədi bilməyib. Düşmənin ağır məğlubiyyətə uğramasında böyük rolu olub. Cəbhədən anasına zəng edəndə anasına şəhidlərin, yaralıların düşmən əlinə keçməməsi üçün çalışdığını və azad olunan torpaqların günbəgün artdığını deyib. Ana zəyif cüssəli oğlunun böyük şücaətlərini duyduqca heyrətə gəlib.Bir addım belə geri çəkilməyən qəhrəman irəli getməkdə döyüş yoldaşlarını ruhlandırıb. Hər dəfə "hücum" əmri verildikdə İslam öndə gedib. Sonuncu hücumda isə yoldaşı " İslam bu dəfə sən önə atılma" deyib. Ancaq İslam onun sözünə baxmayıb və yenə öndə gedib. Qələbəyə 2 saat qalmış İslam gilin dəstəsinin yanına F 1 bombası atılıb. İslamın vətən sevgisi ilə döyünən ürəyi mərmiyə tuş gəlib. Vətən sevgisi ilə döyünən ürəyindən vurulub.
      İslamın şəhid olduğundan xəbərsiz olan ailəsi isə Zəfəri bayram edir. Aytən ana bilmir ki, o zəfər oğlunun qanı ilə qazanılıb. 4 - 5 gün İslamdan heç bir xəbər ala bilməyən ailənin nigarançılığı artır. Artıq ailə Qaynar xəttə müraciət ətmək məcburiyyətində qalır. Noyabrın 18-i İslamın qohumlarına zəng edib İslamın bəlli nişanəsi olub olmadığını soruşurlar. Morqa gedən qohumlar acı xəbəri alırlar. Atasının adını qoluna yazdıran şəhidin nəşi noyabrın 19-da daha 4 şəhidlə bərabər Naxçıvana göndərilir. Son dəfə cəmi bir neçə saatlıq evinin qonağı olan İslam elə həmin gün Qaraçux qəbirsanlığında torpağa tapşırılır. Həyatda təkcə bir arzuya çatan şəhidin qalan arzuları özü ilə bərabər dəfn olunur. Nə ilk maaşını almır, nə arzuladığı kimi atasına maşın almır, nə də əlləri sevdiyinin əllərini tutmur. Nakam ömürlü şəhidimin arzularının ömrü də nakam olur.
    Şəhadətindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" medalı və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.
       Ölümü ilə ölümsüzləşən qəhrəmanların hər birinin həyatına nəzər saldıqda bir amalları olduğuna şahid oluram. Təki vətən yaşasın...

ŞƏHİD İSLAM

Ən ali sevgidi vətən sevgisi,
Sevgim ürəyimdə coşub çağladı.
Hər dəfə vətənin həsrətin duydum,
Həsrət ürəyimi çarpaz dağladı.

Əl açıb Allahdan hey diləyirdim,
Alım şəhidlərin mən də qisasın.
Ölsəm də vətənim uğrunda ölüm,
Millətim hür olsun, azad yaşasın.

Allah qəbul etdi dualarımı,
Vətənçün can verib torpağa döndüm.
Şəhid dərdi ilə sızlayanların,
Qəmli baxışına mən də büründüm.

Məni unutmayın siz xatırlayın,
Vətənə can verən şəhid İslamı.
Bilin ki, son nəfəs verənə qədər,
Düşməndən almışam çox intiqamı.

      Manya Səxavətqızı