Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Yaqub Zurufçu: “Müqəddəs Qarabağımız da, Vətən oğulları da Azərbaycandır!”

Tarix: 19-01-2021 11:25   
Yaqub Zurufçu: “Müqəddəs Qarabağımız da, Vətən oğulları da Azərbaycandır!”
Bütün şəhidlərimizin və şəhid analarının şərəfinə Yaqub Zurufçunun ucaltdığı “musiqi abidəsi”

Güneyli-quzeyli Azərbaycanımızın görkəmli, vətənpərvər oğlu Yaqub Zurufçu xalqımızın hələ 1988-ci ildən başladığı azadlıq çarpışmalarının, Qarabağ uğrunda haqq döyüşlərinin ön sıralarında olmuş, “Ayrılıq” və digər vətənpərvər mahnıları ilə öz mübariz səsini xalqın səsinə qatmış, Vətənimizin xoş günlərinin sorağında olmuşdur. Böyük el məhəbbəti qazanmış ustad müğənni ötən illərdə olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə xeyir-dua diləmiş, 30 ilə qədər işğal altında qalmış hər kəndimiz, şəhərimiz düşməndən azad edildikcə sevincindən göz yaşlarını saxlaya bilməmiş, xalqımızın böyük, müqəddəs Qələbəsinə dərin inam bəsləmişdir.
Lakin möhtəşəm zəfərimizə aparan yollarda “can Vətən!” deyib, qorxu bilmədən, mərdliklə, qəhrəmancasına vuruşaraq şəhid olmuş hər bir döyüşçümüzün, onların doğmalarının kədəri Yaqub bəyin də qəlbində ağır bir daş kimi asılıb qalmışdı. Və o, öz qəlbinin və şəhid analarının ürəklərinə az da olsa, məlhəm qoymaq istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı möhtəşəm bir “musiqi abidəsi” ucaldıb. Mahnıda ülvi duyğular üzərində köklənərək, rəmzi şəkildə səslənən musiqili ana-oğul dialoqu sanki əbədiyyət, ilahi bir bəşər sevgisinin nümunəsidir. Mahnının sədaları və Yaqub bəyin qəlbləri ehtizaza gətirən həzin, kövrək ifası həm üzünü bir də heç vaxt görə bilməyəcəyi, boynuna qol salıb, üz-gözündən öpə bilməyəcəyi övlad üçün laylay kimi səslənən müqəddəs ana kədərini, həm də ruhu göylərdə, uğrunda canından keçdiyi Vətən səmasında indi şad və rahat dolaşan şəhidin qürur və sevincini bütün dolğunluğu ilə çatdırır dinləyiciyə.
31 il əvvəl – 1990-cı ilin 20 Yanvar günü azadlıq, müstəqillik eşqilə doğma Bakımızın küçələrində Sovet imperiyasına, onun azğın, vəhşiləşmiş ordusuna qarşı çıxaraq, cəsarətlə, qorxu bilmədən tankların üzərinə şığıyıb həlak olan oğulların, 1-ci Qarabağ savaşında və bizim böyük Qələbəmizlə başa çatan Vətən müharibəsində mərdliklə vuruşaraq şəhid olan igidlərimizin analarının, doğmalarının qəlbinə az da olsa təsəlli olacaq bu qəhrəmanlıq elegiyası onu kövrək duyğular üzərində bəstələyərək, həm də həzin bir tərzdə, Vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına sonsuz məhəbbətlə ifa edən sevimli sənətkarımız Yaqub Zurufçunun və mahnının qəlb titrədən sözlərinin müəllifi Solmaz xanım Şirvanlılnın şəhidlərimizin ölməz ruhuna böyük, sevgi dolu ehtiramlarının ifadəsidir.

Rəhman ORXAN.



Ağlama, anam, mənə...

Mən səni əlllərimlə
Haqq yoluna saldım,
Sənin xəyallarınla,
Baş-basa qaldım.

Necə də xoşbaxt idim
Nəfəsini duyunca.
Qulağım səsdədir
Qarabağ boyunca.

Bir gün acı xəbəri
Gətirdilər mənə,
Sənin qanlı nəşini
Yetirdilər mənə...

İndi yuxularıma
Qonaq gəlirsən,
Əynində qanlı köynək
Bağrımı dəlirsən.

Ana, haqqını bağışla,
Alnını açıq saxla,
Məni yerlərdə deyil,
Səmalarda soraqla.

Ağlama gəl, ay ana,
Axı mən ölməmişəm,
Vətənimi, elimi
Özgəyə bölməmişəm.

Ana, mən zirvələrin
Zirvəsindəyəm.
Ucadır şəhid adım,
Könüllərdə diriyəm.

Ağlama, anam, mənə,
Röyalarda gələcəm,
Boynuna gül dolayıb,
Göz yaşını siləcəm!..

Solmaz Şirvanlı.