Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Dastana dönən Qarabağ qəhrəmanlarına xitabən...

Tarix: 05-01-2021 13:38   
Dastana dönən Qarabağ qəhrəmanlarına xitabən...
27.09.2020 Başlandı. Azərbaycan tarixinə xalqın bağrına yaralar açan, işid oğullarımızın qanının axdığı və 44 gün sürən Qarabağ müharibəsi, tariximizin ən şanlı zəfər savaşı. İlk anda yuxudan oyanırsan və bu xəbərə bilmirsən sevinəsən, yoxsa cəbhəyə yollanan igidlərimizin həyatı üçün təlaş keçirdəsən. Amma an o an idi.

30 ildir gözü yol çəkən torpaqlarımız bizləri çağırışa səsləyirdi. Xarıbülbül başını qaldıraraq həsrətdən yanan qoxusunu yaydı havaya. Gəlirdi qələbə xəbərləri fonunda üçrəngli bayrağa bükülmüş yüzlərlə şəhidlərimiz, o bayrağı gözü üstə gəzdirən qazilərimiz. Cəbhədə mərmilər atıldıqca hər evdə nəfəslər tutulur, ürəklər çırpınırdı. İgidlərimizə tuşlanan hər güllə sanki bizlərin ruhunu qanadırdı. Xəstəxanaya çatdırılan, hələ yarasının qanı dayanmamış oğullarımızı gördük ki, yenidən savaş dostlarının yanına qayıtmaq istəyirdi. Qazilərimiz günlərlə çəkdikləri aclıq, susuzluq, yorğunluq, ağrı-acını unudaraq əməliyyat masasında narkozfdan oyanar-oyanmaz cəbhə yoldaşlarının adlarını sayaqlayırdı. Ayılan kimi isə onların yanına qaçmağa can atırdı. Əsgərlərimizin yaralı bədənlərini unudub içindəki qələbə, savaş ruhunu sakitləşdirə bilməməsinə şahidlik edən bizlərin keçirdiyi hisslər isə idarə və ifadə edilməz hala çevirilirdi. Dilimizdə dua, əlimizdə iynə-dərman. Bizlər bu qədər yaralı olarkən bu qədər də qürurlu olmamışdıq. Tibb işçilərimiz oldu ki, əlindəki bütün imkanları səfərbər edib dəstək üçün cəbhəyə axışırdı. Dünyanın dörd bir yanından 50 milyonluq həmrəylik zəncirləri Azərbaycanı sardı sarmaladı.. Səsimizə, mübarizəmizə dəstək verdi dünya azərbaycanlıları. 50 milyonluq azərbaycanlı həmrəyliyi nə idi, bütün dünyaya sübut etdik. Qarabağı bizlərə sücaətləri, qanları, canları naminə qaytaran igidlərin təəssüratları ürəyimizdə tərifedilməz hisslər qoydu. İlahi bu mübarizə bizi necə doğmalaşdırdı, necə yaxınlaşdırdı. Nə çox sevirmişik Vətəni, bəzən hansısa sosial problemdən bezib qaçmaq istədiyimiz yurdumuzu.

44 günlük savaş dünyada cənnəti də cəhənnəmi də yaşatdı bu xalqa.

Ayağından ağır yara alan, amma sürünərək savaşan əsgərin mübarizəsinə, üzündən yara alıb qanlar axmasına məhəl qoymadan savaş meydanından çəkilməyən igidimizin ürəyinə, şəhidlik məqamına yüksələrkən “Vətən sağ olsun” deyib qolundakı qolbağı çiyin-çiyinə döyüşdüyü dostunun qoluna xatirə olaraq bağlayaran və gözlərini əbədi yuman oğlumuzun Vətən sevgisinə necə aşiq olmayasan? Qolunu, ayağını, əlini itirdiyini görə-görə yenə də döyüşən oğullarımızın qəhrəmanlıq dastanları bitməz-tükənməz. O oğullarımız ki, həm də 44 günlük mübarizədə özlərinə ömürlük qan qardaşları, dostlar qazandılar. Unudulmaz, yaddaşları donduracaq , bütün həyatlarını dəyişdirəcək xatirələri isə beyinlərinə əbədi həkk etdilər. Əməliyyat masasından yeni çıxan əsgərə ünvanlanan “bütün bu hadisələrin başınıza gələcəyini bilsəydiniz yenidən cəbhəyə gedərdiniz?” sualına verilən “son nəfəsimizə qədər döyüşərdik” cavabı alan bəndənizinm o anda keçirdiyi qürur hissi izaholunmazdı. Bunca zəfərdən, axıdılan qanlardan sonra bizim üzərimizə düşən tək şey var: bu Vətəni sonsuza qədər canımız, qanımız bahasına qorumaq, ona bir də yadelli ayağının dəyməsinə imkan verməmək. Qanla yazılan,ağrılarla, göz yaşları ilə yoğrulan tarıxımizə, sərhədlərimizə sahib çıxmaqla, əbədi birlik və həmrəyliyimizlə şəhidlərimizin ruhunu şad etmiş olarıq. Bir ölər, min dirilərik…

Günay Məmmədli, ATU TCK. Anesteziologiya Reanimasiya-İntensiv Terapiya şöbəsinin tibb bacısı