UCAL, MƏNİM RƏHBƏRİM!
Tarix: 15-10-2020 17:09
Üzü gülür xalqımın - gözlərində iftixar,
Səhərləri günəşli, gecəsi nur ölkəmin.
Belə gözəl diyardan, söyləyin siz, harda var?
Yaşa xalqınla birgə, var ol, mənim rəhbərim!
Ucal xalqınla birgə, ucal, mənim rəhbərim!
Alimi, ziyalısı, fəhlə, ya olsun dindar,
Xalq özü seçib səni, deyib - odur rəhbərim.
Sənin arxanca gedən ilhamlı gənclərin var,
Yaşa xalqınla birgə, var ol, mənim rəhbərim!
Ucal xalqınla birgə, ucal, mənim rəhbərim!
Həm qorxmaz, həm də mətin əsgərin var orduda,
Hazır durub döyüşə, tankım, topum, əsgərim.
Bu ölkənin, torpağın, həm Vətənin yolunda,
Təki sən əmrini ver, biz döyüşək, rəhbərim!
Səninlə Qarabağda biz görüşək, rəhbərim!
Çox ali kürsülərdən ucalır sənin səsin,
Bunu görüb sevinir, şövqlə vurur ürəyim.
Sıyrılıb qalxan bayraq Qarabağdan enməsin,
Yaşa xalqınla birgə, var ol, mənim rəhbərim!
Ucal xalqınla birgə, ucal, mənim rəhbərim!
Ulu öndərin yolu - bu yol sənin yolundur,
Xalqı apar irəli, öndə gedən rəhbərim.
Qazanılan uğurlar - o sənin uğurundur,
Yaşa xalqınla birgə, var ol, mənim rəhbərim!
Ucal xalqınla birgə, ucal, mənim rəhbərim!
Sən bizim fəxrimizsən, bunu daim demişik,
Səninlə qürur duyur həm kəndim, həm şəhərim.
“İlham xalqla birlikdə, biz - İlhamla!" demişik,
Yaşa xalqınla birgə, var ol, mənim rəhbərim!
Ucal xalqınla birgə, ucal, mənim rəhbərim!
"İlham!" deyib, irəli atılır mərd ordumuz,
Sənindir Qarabağda onun hər bir zəfəri!
Çox tezliklə sevinsin Qələbəylə yurdumuz,
Qarabağla açılsın hər gün xalqın səhəri!
Azərbaycandır Yerin İlahidən məhvəri.
Yaşa xalqınla birgə, var ol, mənim rəhbərim!
Ucal xalqınla birgə, ucal, mənim rəhbərim!
Arif ƏRŞAD, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Seçilmişlər
Ən çox oxunanlar