Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Sahibkar Prezidentə və Ali Məhkəmənin sədrinə müraciət etdi

Tarix: 17-09-2020 11:32   
Sahibkar Prezidentə və Ali Məhkəmənin sədrinə müraciət etdi
Fərdi sahibkar üç ilə yaxın məhkəmə instansiyalarında 20 illik halal zəhməti ilə tikdiyi və bu gün də fəaliyyət göstərdiyi təmir sexinin əlindən alınmaması ugrunda mübarizə aparır.

Unikal.org-a müraciət edən Qafarov Sərdar Qafar oğlu hüquqlarının pozulduğunu iddia edərək, Suraxanı rayonunda yerləşən və ona məxsus olan obyektin qohumları tərəfindən qısqanclıq zəmnində və onun maddi, mənəvi gucsüzlüyündən istifadə edərək əlindən alınmağa çalışıldığını bildirib:

“1999-cu ildə Suraxanıda, Zığ şosesində keçmiş Balıq Zavodunun yaxınlığında İcra Hakimiyyətindən 100 kv. metr torpaq sahəsi almışam. Həmin ərəfədə qohumum da torpaq sahəsinin yaxınlığındakı 6 kv. metrlik sahəni və üzərindəki köşkü alıb. 20 il keçdikdən sonra mənim 100 kv. metrlik ərazidə tikdiyi avtomobil sexinin gəlir gətirdiyini görən qohumlarım əvvəlcə obyektin onlara satılmasını dəfələrlə tələb etdikdən sonra mənim razılaşmadığımı gördükdə isə onlara aid olduğunu iddia edərək məhkəməyə müraciət etdilər. Lakin təqdim etdikləri sənəddə dəqiq ünvan və torpağın ərazisi göstərilməyib. Sadəcə ərazinin Balıq Zavodunun yaxınlığında olduğu qeyd edilib.

Mənim obyektim ilə zavod arasında 40 metrdən çox məsafə, eləcə də zavodun dörd tərəfində bir çox boş ərazi olub. Bakı şəhər İcra Hakimiyyətinə, Suraxanı Rayon İcra Hakimiyyətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən də verilmiş bir sıra sorğularda da qeyd edilib ki, kioskun və onun yerləşdiyi ərazinin yerini müəyyən etmək mümkün deyil. Bundan başqa obyektin kommunal xidmətləri hamısı mənim atamın adınadır və 20 ildir xidmətlərdən istifadəyə görə ödəniş edirik. Bununla belə Suraxanı rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ekspertiza aparmadan, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsinə baxmayaraq ərazinin mənim qohumlarıma məxsus olduğuna dair qərar çıxarıb.

Fərdi sahibkar kimi qərarlarla razılaşmadığım üçün Ali Məhkəməyə müraciət etdim. Ali Məhkəmə isə işə düzgün baxılmadığını, iddiaçının öz iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı təqdim etdiyi sübutların mötəbər olmadığını, apellyasiya məhkəməsi tərəfindən mübahisəli obyektə baxış keçirilmədiyini, şahid ifadələrinə müraciət edilmədiyini və digər səbəbləri əsas gətirərək apellyasiya məhkəməsinin qərarını ləğv etmiş və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytardı.

Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyev tərəfindən qəbul edilən 14 noyabr 2019-cu il tarixli, 2(103)10288/2019 saylı qətnamə ilə nəinki Ali Məhkəmənin göstərişlərinə formal əməl edilmiş, yalançı şahidlərin ifadələrinə qiymət verilmiş, bununla bağlı təqdim edilən subutlar qiymətləndirilməmiş, obyektə formal baxış keçirilmiş, həmçinin, absurd nəticəyə gələrək mübahisəli obyekti iddiaçı ilə cavabdeh arasında qardaş malı kimi ikiyə bölmüşdür. İddiaçını narazı salmamaq üçün sahibkara aid obyektin bir hissəsini iddiaçıya verilməsinə qərar verdi.

Sahibkar olaraq üç ilə yaxındır məhkəmələrdə sürünməyimə baxmayaraq bir daha Bakı Apellyasiya Məhkəməsinin bu qərarından Ali Məhkəməyə şikayət verdim və yaxın günlərdə Ali Məhkəmənin hakimi Əhməd Əhmədov tərəfindən bu işə baxılacaqdır.

Mən ölkə başçısı cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, eləcə də işə baxan hakim Elşanə Vəliyevaya təşəkkür edirəm. Belə ki, Ali Məhkəmənin ədalətli mövqeyi olmasa idi mən artıq hüquqlarımı itirmişdim. Qeyd edim ki, 22 sentyabr tarixində təkrar Ali Məhkəmədə baş tutuacaq iclasda da işə obyektiv baxılacağına ümid edirəm.İnanıram ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zaur Əliyevin qərəzli və hüquqa zidd qərarı ləğv ediləcək.

Xüsusi vurğulamaq istəyirəm ki, bu cür hallar insanın iş fəaliyyətindən ayırır, mənfi təsir göstərir. Mən bir sahibkar kimi çoxlu stress və həyəcan yaşayıram, həmçinin üç ilə yaxındır kı fəliyyətimi davam etdirə bilmirəm. Mütəmadi olaraq iddiaçı və onun qoçuları tərəfində sıxışdırılır, obyektimin əlimdən alınacağı təhdidləri ilə yaşayıram. 20 ildir işlətdiyim, evimə qazanc apardığım iş yerimi ədalətsizlik ucbatından itirmək təhlükəsi ilə üz-üzəyəm.

Ölkə başçısı Cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasına müraciət etmişəm. Ölkədə məhkəmə-hüquq islahatlarının aparıldığı bir vaxtda sübut olmadan dəlil olmadan, 20 ildir işlətdiyim, çörək yerim olan obyektimi əlimdən alırlar. Ümid edirəm ki, Ali Məhkəmə ədalətli qərar çıxaracaq.”